Bakı şəhərində 2020-ci ilin yanvar-sentyabr aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,6 faiz azalıb.
Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata əsasən, cari dövrdə sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin dəyəri 22,2 milyard manat olub.
Sənaye məhsulunun 73,3 faizi mədənçıxarma, 23,7 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 79,1 faiz təşkil edib.
İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 85,6 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 14,4 faiz olub. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib.
Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 oktyabr 2020-ci il vəziyyətinə 239,8 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 87,1 milyon manat məbləğində digər məhsullar da mövcuddur.
Bölməyə aid digər xəbərlər