23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Neft 3-5 dollara, hətta mənfi qiymətə düşə bilər – XOŞAGƏLMƏZ PROQNOZ

Neft 3-5 dollara, hətta mənfi qiymətə düşə bilər – XOŞAGƏLMƏZ PROQNOZ

2020-ci ilin əvvəlindən neft 60% ucuzlaşaraq 2003-cı ildən bəri ən aşağı həddə düşüb. Amma bu da son hədd deyil.

Gununnebzi.az «Bloomberg»ə istinadən xəbər verir ki, bəzi analitiklər neftin bir barrelinin 3-5 dollara düşəcəyini proqnoz edirlər, hətta mənfi qiymət də istisna edilmir.

Agentliyin məlumatına görə, martın 18-də Brent neftinin qiyməti 13% azalaraq 24,9 dollara enib, amma analitiklərin pronozlarından məlum olur ki, ola bilsin, ən pis dövr hələ qabaqdadır.

«Goldman Sachs Group Inc.» və «Citigroup Inc.» banklarının analitikləri gözləyir ki, neftin qiyməti qarşıdakı aylarda da enməkdə davam edəcək. Bəzi analitiklər isə hətta hesab edir ki, bir sıra regionlarda qiymətlər mənfiyə düşə bilər, yəni bazarlar bu qiyməti təklif etməklə neft idxalının dayanmasını istəyəcəklər.

«Bloomberg»in rəyini öyrəndiyi 20 neft treyderindən 18-i qiymətlərin 20 dollar və daha aşağı həddə düşəcəyini gözləyirlər. WTI neftinin qiyməti isə 3-5 dollara düşə bilər. Aşağı qiymətlərin nə qədər davam edəcəyi məlum deyil, bu bit neçə həftədən tutmuş ilin sonunadək davam edə bilər.

Treyderlər bildirir ki, WTI nefti o qədər ucuzlaşıb ki, artıq alıcılar nefti indi istifadə etmək üçün deyil, gələcək üçün alırlar. Neft anbarları dolanadək bu proses davam edəcək. Treyderlərin bəziləri bildirir ki, neft ABŞ-dakı şist neftinin maya dəyərinədək, yəni 20 dollaradək ucuzlaşacaq.

«Goldman Sachs» ekspertləri ikinci rüb üçün neftin orta qiyməti ilə bağlı proqnozu 30 dollardan 20 dollra endiriblər.

«Citigroup» isə daha pessimistdir – bank hesab edir ki, ikinci rübdə «Brent» nefti orta hesabla 17 dollar olacaq. Ən pis ssenaridə qiymətlərin 5 dollar və daha aşağı düşəcəyi, hətta mənfiyə enəcəyi gözlənilir.

«Təsəvvür edin ki, «Səhrada fırtına» əməliyyatı, «Enron»un çöküşü, 11 sentyabr hadisələri, Katrina/Rita fırtınaları, eləcə də «Lehman Bros»un çökməsi kimi hadisələr eyni vaxtda baş verir. Bu günkü durum belədir»-deyə «Schork Group Ink» konsaltinq şirkətinin rəhbəri Stiven Şork bildirib.

«Mizuho Securities» investisiya şirkətinin analitiki Pol Sanki isə bildirib ki, belə vəziyyət davam etsə, neftin qiyməti mənfiyə düşəcək. Sanki bildirib ki, hazırda dünyada neftə gündəlik tələbat 100 milyon barreldir, amma virusa görə tələbat 20% azala bilər. Bu neft bazarında məhsul gündə 20 milyon barrel artıqlığa səbəb ola bilər. Tezliklə bütün neft anbarları dolacaq, reallıq odur ki, neft yerdən çıxarılır və ya istifadə olunmalı, ya da haradasa saxlanmalıdır. Neftin saxlanması xərci artdıqda və ya anbarlardakı boş yerlər dolduqdan sonra neft şirkətləri özləri alıcılara ödəniş edəcəklər ki, nefti götürsünlər»- deyə ekspert bildirib.

Xatırladaq ki, hazırda ABŞ hökuməti belə də edir – Tramp administrasiyası neft bazarındakı ucuz qiymətlərdən istifmdə edib strateji ehtiyatlarını artırır. Amma bu daimi davam edə bilməz. «Mizuho» eksperti bildirir ki, ABŞ-ın strateji ehtiyatlarını doldurmaq üçün 4 ay kifayətdir. Və bu anbarar dolduqdan sonra qiymətlər mənfiyə düşəcək.

Amma Rusiyanın «Lukoyl» şirkətinin vitse-prezidenti Leonid Fedun bu proqnozları real saymır. Onun sözlərinə görə, neft qiyməti 15-20 dollardan aşağı enən deyil.

Rusiyanın Milli Enerji Təhlükəsizliyi Fondunun rəhbəri Konstantin Simonov isə bildirib ki, neftin qiyməti enə bilər, amma sıfıra deyil, 10 dollardək: «Neft heç vaxt pulsuz olmayacaq».


Tarix: 21-03-2020, 15:30 Oxunub: 151


Bölməyə aid digər xəbərlər