23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
İMF: Dünyada dövlət borcları ÜDM-i üstələyir

İMF: Dünyada dövlət borcları ÜDM-i üstələyir2020-ci ildə dünya ölkələrinin məcmu dövlət borcu ÜDM-nin 101,5 faizini təşkil edərək indiyədək görünməmiş həddə çatacaq.

GununNebzi.az-ın xəbərinə görə, Bu barədə Beynəlxalq Valyuta Fondunun (İMF) baş iqtisadçısı Gita Qopinat və Maliyyə İşləri Departamentinin direktoru Vitor Qaspar tərəfindən dərc olunmuş məqalədə bildirilir.
Müəlliflərin fikrincə, dövlət borcları ilə bağlı hazırkı vəziyyət daha çox koronavirus pandemiyasının iqtisadi fəsadlarını yumşaltmaq üçün dünya boyu hökumətlər tərəfindən bütövlükdə 11 trilyon ABŞ dolları həcmində görülmüş maliyyə tədbirlərinin nəticəsidir.
Bununla da dünyada məcmu dövlət borcunun İkinci Dünya müharibəsindən sonra ən yüksək həddə çatdığı qeyd olunur.
Müəlliflərin qənaətincə, hazırkı vəziyyətdə irimiqyaslı maliyyə tədbirləri səhiyyənin imkanlarını artırmaq, ev təsərrüfatlarının məhrum olduqları gəlirlərinin əvəzini vermək, irimiqyaslı müflisləşmə hallarının qarşısını almaq üçün zəruri addımdır.
Eyni zamanda 2021-ci ildə gözlənilən aşağı faiz dərəcələri, iqtisadiyyatın davamlı dirçəlməsi sayəsində ABŞ və Çindən başqa, bütün ölkələrdə dövlət borcu həcminin sabitləşəcəyi ehtimalı irəli sürülüb.


Tarix: 11-07-2020, 10:11 Oxunub: 121


Bölməyə aid digər xəbərlər