10:04 / 28-11-2024
Qaxa 18 sm qar yağdı - Video
“190 manata ehtiyacı olan niyə aylıq 250 manatlıq iş istəməsin?”

“190 manata ehtiyacı olan niyə aylıq 250 manatlıq iş istəməsin?”"Son 3 ayda 190 manatlıq yardımdan imtina alan 20 minə yaxın insan şikayət edib".
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.
O bildirib ki, 190 manatlıq ödənişin əsas kriteriyaları o idi ki, işsiz şəxslər və gəlirini itirənlərə dəstək verilsin:
"Lakin bu kriteriyalara uyğun gəlməyən və aztəminatlı olduğunu bildirən şəxslərlə bağlı ictimai işlər proqramı yaradıldı. Bunlar ancaq silib-süpürmək işləri deyildi. Biz demirik ki, yüksək ixtisaslı, peşəkar şəxslər ictimai işlərə cəlb olunsun".
Nazir bildirib ki, son 3 ayda 190 manatlıq yardımdan imtina alan 20 minə yaxın insan şikayət edib: "Onlara minimum əmək haqqı ilə işlər təklif etdik, amma heç 1 faizi də buna razılaşmadı. Həqiqətən, aztəminatlı olan və 190 manata ehtiyacı olan şəxs nəyə görə aylıq 250 manatlıq maaşla iş istəməsin ki?"


Tarix: 7-08-2020, 14:31 Oxunub: 179


Bölməyə aid digər xəbərlər