09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
İlham Əliyev bu 2 sazişi təsdiqlədi

İlham Əliyev bu 2 sazişi təsdiqlədi
2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

“GununNebzi.az
” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Saziş qüvvəyə mindikdən sonra Azərbaycanın Daxili İşlər Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Azərbaycan Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Hökumətinə bildiriş göndərməlidir.

Dövlət başçısının digər Fərmanı ilə 2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş” təsdiqlənib.

Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Miqrasiya Xidmətinə tapşırılır və Azərbaycan Mərkəzi Bankına tövsiyə edilir ki, bu Fərmanın 1-ci hissəsində göstərilən Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etsinlər.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Özbəkistan Hökumətinə bildiriş göndərməlidir.


Tarix: 25-10-2024, 12:09 Oxunub: 1


Bölməyə aid digər xəbərlər
23-06-2022, 16:19 Prezident 4 fərman imzaladı
5-07-2022, 17:25 Prezident fərman imzaladı