09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Bu il 100 təcili tibbi yardım avtomobili alınacaq

Bu il 100 təcili tibbi yardım avtomobili alınacaq

Azərbaycan bu il 100 təcili tibbi yardım avtomobili alacaq.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, 2022-ci ilin ilk yeddi ayı ərzində icbari tibbi sığorta çərçivəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri 896 184 təcili və təxirəsalınmaz tibbi yardım çağırışı qəbul edib. İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bu xidmətin göstərilməsində 513 briqada iştirak edib.

Eyni zamanda, agentlik tibb müəssisələrini 2020-ci ildə 184, 2021-ci ildə 65 ədəd təcili tibbi yardım avtomobili ilə təmin edib. 2022-ci ildə isə daha 100 avtomobilin alınması nəzərdə tutulur.

Qeyd edək ki, avtomobillərdən 15-i perinatal təyinatlıdır və yenidoğulmuşlara ilkin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsi üçün tibbi avadanlıq və küvəz aparatları ilə təchiz olunub. Hazırda istifadədə olan avtomobillərin tibbi avadanlıqla təchizatının yaxşılaşdırılması istiqamətində də davamlı işlər həyata keçirilir.

İcbari tibbi sığortanın mərhələli tətbiqinə uyğun olaraq, 2020-ci ildən etibarən Agentlik tərəfindən dövlət tibb müəssisələrinin təcili və təxirəsalınmaz tibbi yardım şöbələrində çalışan tibb və qeyri-tibb heyətinin işçilərinin vəzifə (tarif) maaşlarına 2 dəfə artım əmsalının tətbiq edilməsi ilə bağlı qərar qəbul edilib.

Qeyd edək ki, bu qəraradək sözügedən artım yalnız təcili və təxirəsalınmaz tibbi yardım stansiyalarının tibb və qeyri-tibb heyətinə şamil olunurdu. Eyni zamanda, 2022-ci ilin 1 iyunundan etibarən təcili və təxirəsalınmaz tibbi yardım şöbələrinin və stansiyalarının həkimləri üçün 250 manat məbləğində sabit həvəsləndirici əlavələr müəyyən olunub.

Məsələn, təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 12-ci dərəcə aylıq vəzifə (tarif) maaşı 468 manatdır. Təcili və təxirəsalınmaz tibbi yardım həkimlərinin aylıq vəzifə (tarif) maaşlarına 2 dəfə artım əmsalı tətbiq edilir. 468+468+250=1186 manat.

Tarix: 26-09-2022, 12:15 Oxunub: 54


Bölməyə aid digər xəbərlər