12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
20:25 / 20-11-2024
ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib
20:16 / 20-11-2024
“Düz edib onları müəllim adından məhrum edirik”
20:15 / 20-11-2024
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara çağırış etdi
13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
11:43 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edildi
11:41 / 20-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
11:38 / 20-11-2024
Jurnalist gəlirlərinin 75 %-i vergidən azad olunur
11:35 / 20-11-2024
“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”
11:32 / 20-11-2024
Vətən müharibəsi iştirakçısı hakim oldu
08:16 / 20-11-2024
Tramp türkəsilli həkimə vəzifə verəcək
22:57 / 19-11-2024
Kanada da Rusiyaya hücumu dəstəklədi
22:52 / 19-11-2024
Lavrov Makronun əlini niyə sıxdığını açıqladı - Video
19:26 / 19-11-2024
Prezident onları hakim təyin etdi - Sərəncam
19:23 / 19-11-2024
“Rusiyaya zərbə üçün ilk dəfə ATACMS-dən istifadə etdik”
15:21 / 19-11-2024
“Veteranların müavinəti heç olmasa, 20-30 manat artırılsın”
15:19 / 19-11-2024
Vüqar Kərəmov 28 saniyəyə qələbə qazandı
15:17 / 19-11-2024
“Veteran təqaüdlərinin məbləği artırılmalıdır”
14:22 / 19-11-2024
İki təqaüdçü daxil 4 nəfəri piramida şəbəkəsinə cəlb etdi - Həbs olundu
14:20 / 19-11-2024
Sürücü dənizə düşdü, öldü
14:19 / 19-11-2024
“16 min şəhid ailəsi və qazilərə mənzil təqdim olunub”
11:12 / 19-11-2024
Sosial yardım nə qədər artırılacaq? - Rəqəmlər
11:07 / 19-11-2024
“Bu məlumatlara inanmayın!” - AMB-dən müraciət
09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
07:58 / 19-11-2024
Abxaziya “prezident”i istefa verdi - Foto
“Ən çox ölümə səbəb olan bu xəstəliklərin sığortada olmaması başadüşülən deyil”
“Biz toxuma transplantasiyasında geri qalmışıq. İspaniya bu sahədə liderlik edir”.
GununNebzi.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu gün İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) media nümayəndələri üçün Xidmətlər Zərfinin təqdimatına dair tədbirində çıxış edərkən deyib.
O bildirib ki, Azərbaycan bu mövzuda çox geridə qalır: “İki il bundan öncə biz Milli Məclisdə orqan transplantasiyası ilə bağlı qanun qəbul etdik. Artıq bu qanunun işləmə mexanizmi Səhiyyə Nazirliyi tərəfindən hazırlanıb. Bu gün ölkəmizdə orqan və toxumaların köçürülməsi üçün mövcud olan problemlərin böyük hissəsi aradan qaldırılıb. Lakin orqan və toxuma transplantasiyası ilə bağlı məhdudiyyətlər var, bu məni narahat edir. Mən başa düşürəm ki, maliyyə cəhətdən limit var, digər tərəfdən klinikaların imkanları məhduddur.
Bizdə bu gün sümük iliyi, qaraciyər transplantasiyasına icazə verilsə də, nə bizdə bu sahədə peşəkar kadrlar kifayət qədər var, nə də tibb müəssisələri o imkanlara malikdir. Əgər biz geniş imkanlarla gələcəkdə orqan və toxuma transplantasiyalarının aparılmasına icazə versək, xidmət səviyyəsi yüksək olan tibb müəssisələri tapmaq olar. Əvvəl heç bir orqan transplantasiyası olmadığı halda bu gün il ərzində 20 nəfər də olsa, bu xidmətdən yararlana bilər. Nəzərə alaq ki, bu əməliyyatlar 200-250 min dollar civarındadır. Görün nə qədər insan bu xidməti gözləyir. Düşünürəm ki, dövlət tərəfindən və əhalidən toplanan vəsaitlərlə mürəkkəb transplantasiyaları həyata keçirəcək, geniş imkanları olan tibb müəssisələrinə ehtiyac var. Bəzi xəstəxanalarda artıq növbələr dolub və yer yoxdur”.
Ə.Əmiraslanov əlavə edib ki, Xidmətlər Zərfinə beynin xoşxassəli şişləri ilə bağlı bir məqam salınıb: “Mən hesab edirəm ki, bizdə icbari tibbi sığortadan kənarda heç bir patalogiya, xəstəlik qalmamalıdır. Dünyada əhali arasında ən çox ölümə səbəb olan iki xəstəlikdən birinin də icbari tibbi sığortada olmaması başadüşülən deyil, təəssüf doğurur. Bilirsiz ki, onkoloji xəstəliklərin müalicəsi ciddi vəsait tələb edir. Bu gün onkoloji xəstəliklərin müalicəsinə 50 milyonluq vəsait ayrılıb, amma bu xəstələrin sayı ilə düz gəlmir. Bir ailədə iki xəstə varsa, biri ürək, digəri onkolojidən əziyyət çəkirsə, ürək problemi olan icbari tibbi sığorta hesabına əməliyyat olub həyata qayıdır. Onkoloji xəstə isə qalır ki vəsaiti haradan tapım?!”
Bölməyə aid digər xəbərlər

Tarix: 28-09-2023, 13:20 Oxunub: 20
Bölməyə aid digər xəbərlər
1-06-2020, 12:30
Milli Məclis orqan köçürülməsi barədə sənədi müzakirəyə çıxarır
1-08-2022, 19:28
Səhiyyə Nazirliyi və İTSDA-nın vəzifələri artırıldı
19-06-2020, 12:22
“Bəhram Bağırzadəyə orqan köçürülməsi mümkün deyil” - Rəşad Mahmudov
17-11-2022, 12:19
“Bu, insanlar arasında haqlı narazılığa səbəb olur”