10:04 / 28-11-2024
Qaxa 18 sm qar yağdı - Video
Silahlı Qüvvələrə Yardım Fonduna nə qədər vəsait daxil olub? - AÇIQLANDI

Silahlı Qüvvələrə Yardım Fonduna nə qədər vəsait daxil olub? - AÇIQLANDIAzərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il dekabrın 1-dək 210.625.007,86 AZN, 11.171.613,65 ABŞ dolları, 181.319,42 avro, 495.561,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.

GununNebi.az xəbər verir ki, bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.

Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.


Tarix: 4-12-2020, 21:10 Oxunub: 305


Bölməyə aid digər xəbərlər