Dünən axşam sensasion istefa qərarı ilə gündəmi çalxalayan, lakin istefası Prezident Ərdoğan tərəfindən qəbul edilməyən daxili işlər naziri Süleyman Soylu mediaya ilk açıqlamasını verib.
gununnebzi.az xəbər verir ki, İHA-ya danışan Soylu “Allah həm millətimizə, həm də bizə ümid edənlərə bizi xəcalətli etməsin. Eyni qərarlılıqla davam etməliyik. Allaha əmanət olun!”- deyib.
Agentliyin xəbərinə görə, S. Soylu vəzifəsinin icrasına davam edir.
Qeyd edək ki, dünən axşam Türkiyənin daxili işlər naziri Süleyman Soylu “Twitter” hesabından küçəyə çıxma qadağasına görə yaşanan xaosun məsuliyətini öz üzərinə götürərək istefa etdiyini açıqlamışdı.
Lakin onun bu qərarı Prezident Ərdoğan tərəfindən qəbil edilməyib. Türkiyə vətəndaşlarının da nazirin qərarına münasibəti birmənalı olmayıb. Onun vəzifəsində qalmasını tələb edən çağırışlar səsləndirilirdi.
Bölməyə aid digər xəbərlər