23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi

Azərbaycan XİN Qazaxıstana başsağlığı verdi

Azərbaycanın Xarici İşlər Nazirliyi Qazaxıstanda hərbi hissələrin birinin anbarında baş vermiş partlayışla əlaqədar bu ölkəyə başsağlığı verib.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumat XİN-in rəsmi tviter hesabında paylaşılıb.

“Qazaxıstanın şimalında Jambıl bölgəsində hərbi anbarda baş vermiş partlayışla bağlı xəbər bizi dərindən kədərləndirdi. Bu faciəvi insidentdə həlak olanların ailələrinə başsağlığı verir, xəsarət alanlara tezliklə sağalmalarını diləyirik”, - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, Qazaxıstanın Jambıl vilayətinin Taraz şəhər ərazisində yerləşən hərbi hissələrin birinin anbarında yanğınla müşayiət olunan partlayış baş verib, 9 nəfər həlak olub.

Tarix: 27-08-2021, 16:57 Oxunub: 194


Bölməyə aid digər xəbərlər