01:09 / 08-11-2024
FED uçot dərəcəsini endirib
00:17 / 08-11-2024
Putin Trampı təbrik etdi
00:15 / 08-11-2024
Şuşa 4 ildir ki, azaddır...
18:46 / 07-11-2024
AZCON yaradıldı
Elm və təhsil komitəsi onlayn formada toplandı

Elm və təhsil komitəsi onlayn formada toplandı

Bu gün Milli Məclisin Elm və təhsil komitəsi 2021-ci ilin payız sessiyasında onlayn formatda birinci iclasını keçirib.

GununNebzi.az
xəbər verir ki, komitənin sədri Bəxtiyar Əliyev iclasda 2021-ci ilin payız sessiyası üçün iş planı barədə komitə sədri məlumat verib. Bildirib ki, iş planında iki yeni qanun layihəsinin - “Ali təhsil haqqında” və “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihələrinin hazırlanması və komitədə müzakirə olunması nəzərdə tutulub.

Məlumat verilib ki, hazırlanmış "Ali təhsil haqqında" qanun layihəsi konseptual olaraq birinci oxunuşun tələblərinə uyğundur və komitənin iş planına daxil edilib.

Sonra Bəxtiyar Əliyev “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanması ilə əlaqədar məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin VI çağırış Milli Məclisin ilk iclasında proqram xarakterli nitqində gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi ilə bağlı qanunvericilikdə addımlar atılması barədə verdiyi tövsiyəyə uyğun olaraq ötən dövr ərzində Milli Məclisdə intensiv iş aparılıb.

Qeyd olunub ki, həmin tövsiyəyə uyğun olaraq Milli Məclisdə “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanmasına başlanılıb. Bəxtiyar Əliyev hazırlanan qanun layihəsinin ümumi konseptual istiqamətləri və komitənin qarşıdakı payız sessiyası üçün iş planında nəzərdə tutulan digər məsələlər barədə fikirlərini bildirib.

Tarix: 8-09-2021, 17:28 Oxunub: 149


Bölməyə aid digər xəbərlər
20-02-2021, 13:01 Təhsil nazirindən AÇIQLAMA