Əli Əsədov Ukraynadakı hadisələrdən danışdı

Əli Əsədov Ukraynadakı hadisələrdən danışdı

“Qonşu ölkələrdə cərəyan edən hadisələr Azərbaycana təsirsiz ötüşmür. Ukraynada yaşayan və işləyən soydaşlarımızın təxliyəsi diqqət mərkəzindədir. Bu gün səhər saat 9-a olan məlumata görə, 9246 azərbaycanlı Ukraynadan ölkəmizə təxliyə olunub”.

GununNebzi.az
xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci il üzrə fəaliyyətinə dair hesabatın müzakirəsi zamanı Baş nazir Əli Əsədov bildirib.

O qeyd edib ki, ölkəmizdə əsas ərzaq məhsulları ilə bağlı ehtiyat formalaşdırılıb: “Qonşu ölkələrin maliyyə-bank sisteminin üzləşdiyi təzyiqlər Azərbaycana təsir etməyib. Bizim maliyyə sistemimiz stabildir. Milli valyutamız dayanıqlıdır, valyuta ehtiyatlarımız kifayət qədərdir”.

“Qafqazinfo”

Tarix: 15-03-2022, 12:16 Oxunub: 114


Bölməyə aid digər xəbərlər