16:32 / 17-11-2024
Sabahın havası açıqlandı
Deputatların Şuşada baş tutan ilk iclasından - Fotolar

Deputatların Şuşada baş tutan ilk iclasından - Fotolar

Bu gün Şuşa şəhərində Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin birgə iclası keçiriləcək.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, iclasda iştirak edəcək deputatlar Şuşaya yola düşüblər.

Deputatların Şuşa səfərinin bir gün davam edəcəyi bildirilir.

***

Milli Məclis komitələrinin Şuşada ilk iclası baş tutub.

İclasda əvvəlcə Şuşanın, bütövlükdə Qarabağın və digər ərazilərimizin azad edilməsi uğrunda həyatlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra komitələrin iclasının gündəliyindəki məsələlər müzakirə olunub. Qeyd edilib ki, gündəlikdə iki məsələ var.

Sonra “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında gündəliyin birinci məsələsini təqdim edən Ziyafət Əsgərov bildirib ki, ölkəmiz NATO-nun Şərq Tərəfdaşlığı proqramında fəal iştirak edir. İndiyədək bu üç ölkə arasında dəfələrlə bu çərçivədə təlimlər keçirilib. Bu Anlaşma Memorandumu da həmin əməkdaşlığa əsasən müzakirəyə çıxarılıb. Sənəd 2019-cu il oktyabrın 10-da Bakı şəhərində imzalanıb.

Sonra iclasın gündəliyindəki ikinci məsələ - Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunub.

Layihə barədə məlumat verən Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid bildirib ki, təklif olunan dəyişiklik ölkəmizdə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsinin səmərəliliyini artırmaq məqsədi daşıyır. Belə ki, Cinayət Məcəlləsinin 208-ci maddəsinin 1-ci hissəsinin yeni redaksiyada verilməsi təklif olunur. Yeni redaksiyada deyilir ki, “Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama – üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Hər iki qanun layihəsi Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Deputatların Şuşada baş tutan ilk iclasından - Fotolar
Deputatların Şuşada baş tutan ilk iclasından - Fotolar
Deputatların Şuşada baş tutan ilk iclasından - Fotolar
Deputatların Şuşada baş tutan ilk iclasından - Fotolar

Tarix: 8-04-2022, 17:50 Oxunub: 197


Bölməyə aid digər xəbərlər