23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Azərbaycan Avropa Siyasi Birliyinin Sammitinə dəvət edildi

Azərbaycan Avropa Siyasi Birliyinin Sammitinə dəvət edildi

Avropa Siyasi Birliyi liderlərinin ilk görüşü oktyabrın 6-7-də Çexiyanın paytaxtı Praqada keçiriləcək.

GununNebzi.az
Türkiyə KİV-ə istinadən xəbər verir ki, iclasa Aİ-nin 27 üzvü ilə yanaşı, 17 ölkə də dəvət olunub.

Avropa İttifaqı (Aİ) Liderlər Zirvəsi öncəsi keçiriləcək Avropa Siyasi Birliyi liderlərinin toplantısı üçün Azərbaycana da dəvət göndərilib.

Dəvət məktublarını Avropa İttifaqı Şurasının prezidenti Çarlz Mişel və Çexiyanın Baş naziri, Aİ-nin müddətli prezidenti Petr Fiala imzalayıblar.

Azərbaycandan başqa dəvət göndərilən ölkələr Türkiyə, Albaniya, Ermənistan, Bosniya və Herseqovina, Gürcüstan, İslandiya, Kosovo, Lixtenşteyn, Moldova, Monteneqro, Şimali Makedoniya, Norveç, Serbiya, İsveçrə, Ukrayna və İngiltərə olub.

Aİ administrasiyası ideyasını Fransa Prezidenti Emmanuel Makron tərəfindən irəli sürülmüş Avropa qitəsindəki ölkələrin Avropa Siyasi Birliyi ilə siyasi koordinasiyası üçün platforma yaratmağı hədəfləyir.

Aİ rəsmisinin verdiyi məlumata görə, oktyabrın 6-da Praqada keçiriləcək ilk iclasın yekununda hər hansı rəsmi açıqlama və ya rəsmi qərarlar gözlənilmir. Praqada keçiriləcək ilk görüşdə liderlər günorta saatlarında görüşəcəklər. Daha sonra dəyirmi masalar keçiriləcək və liderlər iştiraka dəvət olunacaqlar. Sülh və təhlükəsizlik, enerji və iqlim, iqtisadi vəziyyət, miqrasiya və nəqliyyat mövzularında dəyirmi masa görüşlərinin təşkili planlaşdırılır. Liderlərin ikitərəfli görüşləri də gözlənilir.

Tarix: 23-09-2022, 07:06 Oxunub: 27


Bölməyə aid digər xəbərlər