23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdü

Ədalət Vəliyev daha bir partiya sədri ilə görüşdüAzərbaycan Respublikası Prezidenti Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev və Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev arasında görüş keçirilib.

GununNebzi.az əbər verir ki, görüş zamanı dünyanı bürüyən COVİD-19 pandemiyası, ölkəmizdə bu virusa qarşı aparılan preventiv tədbirlər, siyasi partiyaların karantin şəraitində fəaliyyəti, yeni siyasi konfiqurasiyanın inkişafı və iqtidar-müxalifət siyasi dialoqu barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanda koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə bilavasitə ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər, eləcə də Azərbaycan tərəfinin təşəbbüsü ilə müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində COVİD-19 pandemiyası ilə mübarizə mövzusunda videokonfrans formatında zirvə görüşlərin keçirilməsi yüksək dəyərləndirilib.

Qeyd olunub ki, bu gün ölkəmizdə COVİD-19 pandemiyası dövründə ölənlərin sayı minimal səviyyədədir. Prezident tərəfindən qəbul edilmiş müvafiq qərarlar nəticəsində koronavirusa yoluxmuş şəxslərin müalicəsi ödənişsizdir, müvafiq 10 müasir modul tipli xəstəxana tikilmiş, zəruri tibbi avadanlıqlar alınmış, qısa müddət ərzində ölkədə lazımi tibbi ləvazimatların istehsalına başlanılmış, həmçinin iqtisadi sabitliyin və məşğulluqla bağlı problemlərin həlli üçün dövlət dəstək proqramı həyata keçirilib.

Fuad Əliyev qeyd olunan məsələləri yüksək qiymətləndirmiş və əlavə eib ki, Azərbaycan dövlətinin pandemiya ilə mübarizədə gördüyü işlər nümunəvidir.

Bundan əlavə görüşdə, siyasi partiyalar haqqında qanunvericiliyin təkmilləşdirilməsinə ciddi zərurət olduğu qeyd edilmişdir. Vurğulanmışdır ki, yeni yaradılmış Milli Məclisdə müxalifət partiyalarının da rəhbər orqanlarda təmsil olunması məhz siyasi partiyaların fəaliyyətinə dair yeni qanunvericilik aktlarının daha effektiv olacağına ümid etməyə ciddi əsaslar verir.

Daha sonra Ədalət Vəliyev və Fuad Əliyev arasında iqtidar-müxalifət siyasi dialoqunun inkişafı barədə fikir mübadiləsi aparılıb.

Bu barədə ətraflı danışan Ədalət Vəliyev aparılan köklü struktur və kadr islahatlarına toxunaraq, Prezident Administrasiyasında ilk dəfə olaraq xüsusi struktur bölmənin yaradılmasını ölkə rəhbərliyinin siyasi partiyalarla müntəzəm iş aparılması, sağlam əməkdaşlığın qurulması işinə verdiyi əhəmiyyətdən irəli gəldiyini qeyd edib.

O bildirib ki, şöbə tərəfindən dövlət başçısının tapşırığı ilə indiyə qədər görülmüş işlər nəticəsində və ölkədə yeni siyasi mədəniyyətin təşəkkülü fonunda artıq əksər siyasi partiyalarla konstruktiv əməkdaşlığın möhkəm əsasları qurulub. Ədalət Vəliyev qeyd edib ki, ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir.

Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev ölkədə yaradılmış yeni siyasi konfiqurasiyanın formlaşmasını yüksək qiymətləndirib. Bu prosesin demokratik dəyərlərin möhkəmləndirilməsi, siyasi mədəniyyətin yüksəlməsinə xüsusi dəstək olacağını bildirib. Ölkədə bütün siyasi qüvvələrin ümummilli məsələlərdə, dövlətçiliyin möhkəmlənməsində bir güc kimi olmasının vacibliyinin qeyd edib.

Həmçinin bir neçə gün bundan əvvəl qeyd olunan mövzularla əlaqədar olaraq Milli Məclisin sədri Sahibə Qafarovanın və Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin iştirakı ilə parlamentdə təmsil olunan partiya rəhbərlərinin videokonfrans formatında keçirilən müşavirəsi barədə danışılıb. Bu cür toplantıların daha geniş formatda keçirilməsinin önəmli olduğu qeyd edilib.


Tarix: 10-07-2020, 18:59 Oxunub: 95


Bölməyə aid digər xəbərlər