15:02 / 22-11-2024
Artıq onlayn nikah bağlaya biləcəksiniz! - Video
15:00 / 22-11-2024
“Ukrayna dairəsi” ilə bağlı rəsmi açıqlama - Video
14:59 / 22-11-2024
Şirvanda ana və qızı həbs edildi
13:15 / 22-11-2024
DYP-dən küləkli hava ilə bağlı - Müraciət
13:06 / 22-11-2024
Kişi 59 yaşlı arvadını bıçaqladı
08:36 / 22-11-2024
“Üzr istəməsini tələb edirik!” - Hikmət Hacıyev
08:34 / 22-11-2024
Xəbərdarlıq zəngi Zaxarovanın brifinqini kəsdi - Video
22:49 / 21-11-2024
Yanvarın 1-dən alimentin miqdarı artırılacaq
21:04 / 21-11-2024
Binanın üzərində Rəsulzadənin sözləri olmayacaq? - Rəsmi açıqlama
12:50 / 21-11-2024
Bu xəstəxananın baş həkimi işdən çıxarıldı
12:47 / 21-11-2024
Generalın oğluna yeni vəzifə verildi
12:46 / 21-11-2024
Hesablama Palatasının sədri təkliflər verdi
23:12 / 20-11-2024
Bakıda 7 maşının iştirakı ilə ağır qəza - Xəsarət alanlar var
23:10 / 20-11-2024
AP yeni Avropa Komissiyasının bütün tərkibini təsdiqlədi
23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
23:04 / 20-11-2024
Ukrayna Britaniya raketi ilə Rusiyanı vurub?
20:25 / 20-11-2024
ABŞ bu raketlərlə də Rusiyaya zərbə endirməyə icazə verib
20:16 / 20-11-2024
“Düz edib onları müəllim adından məhrum edirik”
20:15 / 20-11-2024
Azərbaycanın Ukraynadakı səfirliyi vətəndaşlara çağırış etdi
13:56 / 20-11-2024
Evini əxlaqsızlıq yuvasına çevirən qadın həbs edildi
11:43 / 20-11-2024
Azərbaycan-Pakistan hərbi əlaqələrinin perspektivləri müzakirə edildi
11:41 / 20-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
11:38 / 20-11-2024
Jurnalist gəlirlərinin 75 %-i vergidən azad olunur
11:35 / 20-11-2024
“Dedi ki, həbsdə tüpürcəyini udmadığı üçün ona vergi verilib”
11:32 / 20-11-2024
Vətən müharibəsi iştirakçısı hakim oldu
08:16 / 20-11-2024
Tramp türkəsilli həkimə vəzifə verəcək
22:57 / 19-11-2024
Kanada da Rusiyaya hücumu dəstəklədi
22:52 / 19-11-2024
Lavrov Makronun əlini niyə sıxdığını açıqladı - Video
19:26 / 19-11-2024
Prezident onları hakim təyin etdi - Sərəncam
19:23 / 19-11-2024
“Rusiyaya zərbə üçün ilk dəfə ATACMS-dən istifadə etdik”
15:21 / 19-11-2024
“Veteranların müavinəti heç olmasa, 20-30 manat artırılsın”
“Fransa Senatının Azərbaycanla bağlı qətnaməsi qərəzli və reallıqdan uzaqdır”- Soltan Məmmədov
“Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə tamamilə qərəzli və reallıqdan uzaq bir sənəddir. Belə bir sənədin qəbul edilməsi Cənubi Qafqazda sülh prosesinə kölgə salır, eyni zamanda, Azərbaycan-Fransa münasibətlərinə də zərbə vurur”.
GununNebzi.az xəbər verir ki ,bu fikirləri APA-ya açıqlamasında Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə İşçi Qrupunun rəhbəri Soltan Məmmədov deyib.
Deputat vurğulayıb ki, senatda qəbul edilmiş qətnamə əsassız ittihamlara və faktoloji mənbəyi olmayan mülahizələrə istinadən hazırlanıb. Bu ilin sentyabrında Ermənistanın Azərbaycanla dövlət sərhədində törətdiyi hərbi təxribatla əlaqədar sənəddə əksini tapmış tezislər onun müəlliflərinin ölkəmizə münasibətdə qərəzli mövqedən çıxış etdiyini göstərir: “BMT Nizamnaməsinin 51-ci maddəsi istənilən dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüzə məruz qalan tərəfə özünü müdafiə etmək hüququ verir. Azərbaycan faktiki olaraq, BMT Nizamnaməsinin ona verdiyi hüququndan istifadə edib. Fransa Senatında bu sadə həqiqəti yəqin ki, hər kəs bilir. Ona görə də, tam əminliklə demək olar ki, Fransa senatının üzvləri növbəti dəfə Azərbaycana qarşı öz qərəzlərini nümayiş etdirirlər. 2020-ci ilin sentyabrında da Fransa parlamentinin hər iki palatasında Azərbaycan əleyhinə sənədlər qəbul edilmişdi. Biz hətta indiyə qədər qəbul edilən bütün ədalətsiz sənədləri, qeyri-obyektiv açıqlamaları bir kənara qoysaq belə, bu gün qəbul edilmiş sənəd Fransanın Cənubi Qafqazla bağlı proseslərdə iştirakının bu bölgənin xalqları üçün nə dərəcədə faydalı ola biləcəyini şübhə altına qoyur”.
Soltan Məmmədov qeyd edib ki, Fransa senatının Azərbaycanı irqi ayrı-seçkilikdə, ermənilərə məxsus abidələrə qarşı qeyri-adekvat davranışlarda ittiham etməsi əsassız olmaqla bərabər həm də təəccüb doğurur: “Əgər Fransa Senatı doğrudan da ədalətin tərəfindədirsə, öz fəaliyyətində beynəlxalq hüququ, obyektivliyi əsas götürürsə Əlcəzairdə törədilmiş soyqırımını müzakirə etməsi daha məntiqli görünərdi. Xatırladım ki, Fransanın işğalçılıq siyasəti 1,5 milyon əlcəzairlinin məhv olmasına səbəb olub. 1961-ci il oktyabrın 17-də əlcəzairlilərin Parisdə nümayişi zamanı Fransa polisinin qəddarlığı nəticəsində 1500-ə qədər əlcəzairli qətlə yetirilib, mindən çox şəxs həbs edilib və bu hadisə tarixə “Sena qətliamı” kimi daxil olub. Fransa Senatı bu məsələlərə münasibət bildirməsi daha doğru olardı”.
Deputat xatırladıb ki, Vətən müharibəsindən sonra Fransa parlamentində qəbul olunan sənədlərə etiraz olaraq, 2020-ci il noyabrın 26-da Azərbaycan Milli Məclisinin Bəyanat qəbul edib və bu gün də həmin bəyanatda əksini tapmış müddəalar öz aktuallığını saxlayır: “Çünki ötən dövrün təcrübəsi Fransanın Azərbaycanla münasibətlərdə etibarlı və dayanıqlı tərəfdaş olmadığını göstərir. Belə olan təqdirdə Fransanın Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasna töhfə verməsi mümkünsüz görünür, eyni zamanda Cənubi Qafqazda gedən proseslərdə iştirakı da öz mənasını itirir”.
Bölməyə aid digər xəbərlər

Tarix: 15-11-2022, 22:48 Oxunub: 36
Bölməyə aid digər xəbərlər
26-11-2020, 17:00
Türkiyədən Fransa Senatının qəbul etdiyi qətnamə ilə bağlı BƏYANAT
15-11-2022, 21:57
Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul etdi
26-11-2020, 15:51
"Parisdəki səfirimizi geri çağırmalıyıq" - Deputat
26-11-2020, 16:05
Azay Quliyev: " Bu, Fransa adına böyük bir ləkədir"
23-11-2021, 11:39
Fransa Milli Assambleyasının hərəkəti Milli Məclisdə tənqid olundu