09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Britaniyalı nazir Azərbaycanın Londondakı səfirliyinə hücum edənlərin cəzalandırılacağını bildirib

Britaniyalı nazir Azərbaycanın Londondakı səfirliyinə hücum edənlərin cəzalandırılacağını bildirib

Londonda və Tehranda Azərbaycan səfirliklərinə hücumlar fərqli idi. Biz Azərbaycanın Tehrandakı səfirliyinə hücumdan çox narahat olduq. Mən bu gün Azərbaycanın xarici işlər nazirinə başsağlığı verdim. Biz ümid edirik ki, bunu törədən məsuliyyətə cəlb olunacaq.

GununNebzi.az
xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Böyük Britaniyanın Şimali Amerika və Avropa regionu üzrə dövlət naziri Leo Dokerti jurnalistlərə açıqlamasında bildirib.

O, ötən il Londonda Azərbaycan səfirliyinə olan hücumdan da danışıb.

“Biz bu hücumdan çox təəssüfləndik və bu insident bizi çox narahat etdi. Britaniya məhkəmə sistemi bunu törədənləri məsuliyyətə cəlb edəcək, onlar qanunauyğun şəkildə cəzalandırılacaqlar. Çünki biz Azərbaycanla diplomatik münasibətlərimizə dəyər veririk. Azərbaycan səfiri ilə yaxşı münasibətlərimiz var, Azərbaycan hökuməti ilə də yaxşı münasibətimiz var. Bizim münasibətlərimiz geniş spektri əhatə edir”, - nazir vurğulayıb.

Qeyd edək ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb. Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Bu il yanvarın 27-si səhər saat 8.30 radələrində isə Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib, səfirliyin iki nəfər mühafizə əməkdaşını da yaralayıb. Yanvarın 29-da Azərbaycanın İrandakı səfirliyinin əməkdaşları və ailə üzvlərindən ibarət ümumilikdə 53 nəfər Vətənə qayıdıb. Azərbaycanın İrandakı səfirliyi isə fəaliyyətini tam dayandırıb.

(APA)

Tarix: 22-02-2023, 19:41 Oxunub: 12


Bölməyə aid digər xəbərlər