09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Elçin Əmirbəyov İtaliyanın nüfuzlu qəzetində Azərbaycanın mövqeyini ifadə edib: “Sülhün alternativi yoxdur”

Elçin Əmirbəyov İtaliyanın nüfuzlu qəzetində Azərbaycanın mövqeyini ifadə edib: “Sülhün alternativi yoxdur”

“2020-ci ilin noyabrında Ermənistan və Azərbaycan arasında baş verən 44 günlük İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan öz ərazilərini 30 ilə yaxındır davam edən qanunsuz erməni işğalından azad etməklə öz ərazi bütövlüyünü və tarixi ədalətini bərpa etdi. Bu müharibə Cənubi Qafqazda geosiyasi reallığı dəyişdi”.

Bu sözləri Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov İtaliyanın nüfuzlu “Faro di Roma” onlayn qəzetinə müsahibəsində deyib.

Elçin Əmirbəyov vurğulayıb ki, artıq iki ölkə arasında davamlı sülhün qurulması vaxtıdır və Azərbaycan Ermənistana beynəlxalq hüququn fundamental norma və prinsiplərinə əsaslanan sülh müqaviləsi imzalamağı təklif edib:

“Lakin Ermənistan sülh prosesini əngəlləyir, Azərbaycanla birbaşa danışıqlar aparmaqdan imtina edir. Bundan əlavə, Üçtərəfli Bəyanatdan üç il keçməsinə rəğmən, Ermənistan 10 minə yaxın silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən çıxarmaqdan imtina edərək, onun müddəalarını kobud şəkildə pozmaqda davam edir”.

E.Əmirbəyov deyib ki, Ermənistan Azərbaycanın suveren ərazisində öz hərbi mövcudluğunu saxlamağa çalışır, rəsmi İrəvan Laçın yolundan istifadə edərək Qarabağdakı cinayətkar erməni silahlı dəstələrə silah, mina və digər hərbi təyinatlı vasitələr daşımaqda davam edir.
“Bütün bunlar regionda mövcud vəziyyəti çox təhlükəli həddə gətirib çıxarır. Biz Ermənistanı revanşist mövqeyindən çəkinməyə, davam edən təxribatlara son qoymağa və qalan problemləri sülh yolu ilə həll etmək və sülh müqaviləsini imzalamaq üçün Azərbaycanla danışıqlar masasına qayıtmağa çağırırıq”, - deyə İtaliya mətbuatına açıqlama verən Birinci vitse-prezidentinin köməkçisi söyləyib.

Fikrinin davamında E.Əmirbəyov Ermənistan tərəfinə səslənərək bir daha Azərbaycanın rəsmi mövqeyini xatırladıb:

“İrəvan başa düşməlidir ki, sülhün alternativi yoxdur və ölkələrimiz mehriban qonşuluq siyasəti yürütməli, düşmənçilik və qarşıdurma səhifəsini çevirərək yeni mərhələyə qədəm qoymalıdırlar”.

Tarix: 24-03-2023, 11:08 Oxunub: 17


Bölməyə aid digər xəbərlər