09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Xəstəxanadan Qənirə Paşayevanın vəziyyəti ilə bağlı AÇIQLAMA

Xəstəxanadan Qənirə Paşayevanın vəziyyəti ilə bağlı AÇIQLAMA

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayevanın son vəziyyəti açıqlanıb.

Mərkəzi Klinikadan verilən məlumata görə, onun müalicəsi ümumi reanimasiya və intensiv terapiya şöbəsində davam etdirilir.

"Aparılan kompleks müalicəyə baxmayaraq ümumi vəziyyəti ağır olaraq qalır", - klinikadan qeyd olunub.

Xatırladaq ki, sentyabrın 23-ü saat 03:01 radələrində TƏBİB-in tabeliyindəki Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Q.Paşayeva üçün çağırış daxil olub. Ona naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulub. Müayinə zamanı göstəriciləri - arterial təzyiq 50/0 mm. c. süt, nəbz 1 dəqiqə 47 vurğu, SPO2 (saturasiya) 82% olub. İlkin müdaxilələrdən sonra göstəriciləri arterial təzyiq 110/60 mm. c.süt., nəbz 1 dəqiqədə 68 vurğu, SPO2 (saturasiya) 97% olub.

Həkimlər Q.Paşayevanın xəstəxana şəraitində müalicəsini məsləhət görüb. Deputat ailə üzvlərinin istəyi ilə təcili tibbi yardım briqadası tərəfindən Mərkəzi Klinikaya təxliyə olunub.

O, süni tənəffüs aparatına qoşulub.

Tarix: 28-09-2023, 10:57 Oxunub: 12


Bölməyə aid digər xəbərlər