09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Rəsmi Bakıdan Paşinyana cavab

Rəsmi Bakıdan Paşinyana cavab

“Ermənistanın Baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin guya “etnik təmizləmə”yə məruz qaldığı barədə bəyanatını qətiyyətlə pisləyir və rədd edirik”.

GununNebzi.az
xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Ermənistan Baş naziri Nikol Paşinyanın 28 sentyabr tarixli bəyanatına cavabında bildirilir.

“Bu cür həyəcan təbili çalan rəvayət, Ermənistan Baş nazirinin Azərbaycan tərəfindən erməni sakinlərə qarşı heç bir təhlükənin olmadığını söylədiyi 21 sentyabr tarixli bəyanatı ilə ziddiyyət təşkil etməklə yanaşı, o cümlədən Azərbaycanın humanitar dəstək və reinteqrasiya istiqamətində göstərdiyi səyləri pozmağa və Azərbaycan ilə Ermənistan arasında sülhün mümkün perspektivlərini sarsıtmağa hədəflənib”, - rəsmi Bakının cavabında vurğulanır.

Tarix: 28-09-2023, 15:59 Oxunub: 12


Bölməyə aid digər xəbərlər
11-08-2023, 18:56 XİN Paşinyana cavab verdi