23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Ədalət Vəliyev Arif Hacılı ilə görüşdü: Qarabağ müzakirəsi...

Ədalət Vəliyev Arif Hacılı ilə görüşdü: Qarabağ müzakirəsi...Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə iqtidar-müxalifət dialoqu və yeni siyasi konfiqurasiyanın formalaşması istiqamətində işlər davam etdirilir.

GununNebzi.az xəbər verir ki, 2 oktyabr tarixində Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Müsavat Partiyasının sədri Arif Hacılı ilə görüşmüşdür. Görüşdə ilk öncə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi, Ermənistan Silahlı Qüvvələrinin 2020-ci ilin 12-14 iyul tarixlərində Tovuz rayonu istiqamətində törətdiyi hərbi təxribat, 27 sentyabr tarixində işğal olunmuş Azərbaycan torpaqlarında başlayan hərbi təcavüz qətiyyətlə pislənilmişdir. Baş vermiş hadisələr fonunda ölkədə fəaliyyət göstərən siyasi partiyaların Azərbaycanın ərazi bütövlüyü uğrunda, dövlətin təməl prinsiplərinin qorunması naminə Ali Baş Komandan ətrafında siyasi həmrəylin nümayiş etdirməsi və 50 siyasi partiyanın bəyanat imzalaması müsbət dəyərləndirilib. Müsavat Partiyası ümummilli məsələlərdə, dövlətimizin qorunmasında hər zaman siyasi həmrəyliyə hazır olduğunu bildirib.

Hər iki tərəf son döyüşlərdə şəhid olmuş bütün Vətən övladlarına Allah rəhmət etsin deyərək, ailələrinə və yaxınlarına səbr diləmiş, yaralıların tezliklə sağalacağına ümid edib.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyaların milli həmrəyliyi, dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunmasında mövqeləri yüksək dəyərləndirilib. Qeyd olunub ki, siyasi partiyalarının Ali Baş Komandanın ətrafında birləşməsi ölkədə sağlam iqtidar-müxalifət münasibətlərinin formalaşmasının nümunəsidir.

Dövlət başçısının həyata keçirdiyi daxili və xarici siyasət müzakirə edilib. A.Hacılı qeyd dib ki, dövlətimizin hərbi sahədə apardığı siyasət, eləcə də torpaqlarımızın azad olunması uğrunda həyata keçirdiyi hərbi əməliyyatlar ürəkaçandır. Bundan əlavə, bir sıra dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi, beynəlxalq təşkilatların mövqeyimizin müdafiəsi bu siyasətin tərkib hissəsidir.

Sonda A.Hacılı Müsavat Partiyasının dövlətçiliyimizin, ərazi bütövlüyümüzün qorunması, iqtidar-müxalifət arasında dialoqa töhfə verməyə hər zaman hazır olduğunu qeyd edib.


Tarix: 2-10-2020, 21:06 Oxunub: 185


Bölməyə aid digər xəbərlər