23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Rusiyada şəhər meri həbs edildi - VİDEO

Rusiyada şəhər meri həbs edildi - VİDEORusiyanın Tomsk şəhərinin meri İvan Klayn hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bu barədə TASS agentliyi məlumat yayıb.
Qeyd olunur ki, səhər saatlarında Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları merin çalışdığı inzibati binaya daxil olub.
İ.Klayn hüquq-mühafizə orqanlarından iclasın bitməsinə qədər gözləməyi xahiş edib.
Bir müddət sonra o, çalışdığı iş yerindən əli qandallı şəkildə çıxıb.
Merə qarşı cinayət işinin açıldığı bildirilir.


Tarix: 13-11-2020, 15:45 Oxunub: 216


Bölməyə aid digər xəbərlər