09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Bakıda azyaşlı dilənməyə məcbur edilir

Bakıda azyaşlı dilənməyə məcbur edilir

Bakının Nəsimi rayonu ərazisində qohumları tərəfindən dilənməyə məcbur edilən azyaşlı aşkarlanıb.

GununNebzi.az xəbər verir ki, bu barədə "Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə sosial şəbəkədə yazıb. O bildirib ki, azyaşlının adı Şərifov Ümid Tural oğludur və o, 5 il əvvəl də sığınacaqda olub:

“Anası bir neçə aydan sonra tapılıb gəlib uşağı aparıb. Ümidin dediyinə görə, xalasıgil onu dilənməyə, təkər qaraltmağa məcbur edib,qazancını əlindən alıb. O isə bunu etmək istəmədiyinə görə, az pul qazandığına görə döyülüb və qaçıb. Neçə vaxt küçədə yaşayıb. Bu gün Nəsimi rayonu 19-cu polis bölməsi tərəfindən azyaşlı sığınacağımıza yerləşdirilib”.

K.Ağazadə qeyd edib ki, Ümid oxumaq istəyir vədövlətin himayəsinə verilməsini istəyir.
Bakıda azyaşlı dilənməyə məcbur edilir

Tarix: 28-06-2021, 20:56 Oxunub: 188


Bölməyə aid digər xəbərlər