Ölkəmizdə qlobal problem olan koronavirusa qarşı dövlətimizin həyata keçirdiyi tədbirlərə ilk gündən qoşulan təşkilatlardan biri də Yeni Azərbaycan Partiyasıdır. Partiyanın Sumqayıt şəhər təşkilatının könüllüləri şəhər ərazisində yaşayan əhalinin həssas təbəqəsinə aid olan ailələrə müntəzəm olaraq hər cür yardım və dəstək edirlər.
YAP könüllüləri bu insanlara məmnuniyyətlə dezinfeksiyaedici məhlullar, gigiyenik vasitələr, tibbi maskalar, kommunal problemlərin həllini, ərzaq yardımı və sosial təminatla bağlı elektron (www.e-sosial.az) portalda qeydiyyata düşməyə köməklik göstərirlər. Bu gün və sabah Partiyanın fəal könüllü gəncləri aztəminatlı ailələrə Partiya tərəfindən növbəti dəfə hazırlanmış zəruri ərzaqların çatdırılmasına başladılar. İndiyədək yüzdən çox ailəyə yuxarda qeyd olunan yardımlar olunubdur.
Bölməyə aid digər xəbərlər