Müğənni Manaf Ağayev ölkədə tətbiq olunan xüsusi karantin rejimini pozması ilə bağlı iddialara cavab verib.
GununNebzi.az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlama verən müğənni insanların iftar süfrəsini müzakirə etməsinin başa düşülən olmadığını bildirib:
“İftar süfrəsidi açmışam burada uzatmalı nə var ki? 10 nəfərə icazə var biz də 11 nəfər olmuşuq. Oruc tutan dostlarımızla iftarımızı açmışıq. Götürüb bunu yazırlar. Mən bu barədə danışmaq istəmirəm. Düşünmürdüm ki, bu məsələ bu qədər müzakirəyə səbəb olar”.
Fotoya diqqət etsək görərik ki, iftar süfrəsində azı 13 nəfərin iştirak edir.
Qeyd edək ki, iftar süfrəsində azı 12 nəfər iştirak edib ki, bu da Nazirlər Kabineti Yanında Operativ Qərargah tərəfindən açıqlanan karantin qaydalarına ziddir. Manaf Ağayevin iftara dəvət etdiyi şəxslər arasında müğənni Teymur Əmrah, Vasif Məhərrəmli ilə yanaşı, kikboksçu Eduard Məmmədov kimi tanınmışlar da var. Onların karantin rejimini bu şəkildə pozması sosial mediada birmənalı qarşılanmayıb.
https://ok.ru/video/1678561315434
Bölməyə aid digər xəbərlər