23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Təhsil Nazirliyinin kollegiya üzvlərinin sayı artırıldı

Təhsil Nazirliyinin kollegiya üzvlərinin sayı artırıldı

"Azərbaycan Respublikası Təhsil Nazirliyinin kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin qərarına dəyişiklik edilib.

GununNebzi.az xəbər verir ki, Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliklə, Təhsil Nazirliyinin kollegiyasının tərkibi 7 nəfərdən 9-a qaldırılıb.

“Kollegiyanın üzvləri” bölməsində “Təhsil Nazirliyi Aparatının rəhbərinin müavini” sözləri “Azərbaycan Respublikasının Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru” sözləri ilə əvəz edilib və Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru, Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinin sədri əlavə edilib.

Tarix: 21-08-2021, 16:21 Oxunub: 160


Bölməyə aid digər xəbərlər
18-07-2020, 17:29 Əli Əsədov qərar imzaladı