09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Azərbaycanda bu müəllimlər İŞDƏN ÇIXARILACAQ

Azərbaycanda bu müəllimlər İŞDƏN ÇIXARILACAQ

“Keçən il sertifikasiyadan kəsilmiş müəllimlər yenidən uğursuz olsalar, onların əmək müqaviləsinə xitam verilə bilər”.

GununNebzi.az
xəbər verir ki, bunu Təhsil İnstitutunun direktoru Rüfət Əzizov təkrar sertifikasiyada iştirak edəcək müəllimlər üçün təlimlərin təşkili ilə bağlı keçirilən brifinqdə deyib.

O bildirib ki, bu, güzəşt tətbiq edilmiş müəllimlərə şamil deyil: “Kimlərə güzəşt nəzərdə tutulduğu qaydalarda öz əksini tapıb”.

Rüfət Əzizov eyni zamanda, deyib ki, ötən il müxtəlif səbəblərdən sertifikasiya imtahanında iştirak etməyənlər də təkrar sertifikasiyada iştirak edəcəklər:

“Xüsusi səbəblər olubsa, müvafiq qaydada bizə müraciət edə bilərlər. Əgər müəllimin ötənilki sertifikasiyada iştirak etmədiklərinə dair səbəbi təsdiq edən sənəd yoxdursa, təkrar sertifikasiyadan kəsildikləri halda əmək müqavilələrinə xitam verilə bilər”.

Tarix: 29-03-2023, 19:45 Oxunub: 21


Bölməyə aid digər xəbərlər