21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Kraliça Boris Consonun istefasını qəbul etdi

Kraliça Boris Consonun istefasını qəbul etdi

Böyük Britaniya kraliçası II Yelizaveta Balmoral qəsrində ölkənin Baş naziri Boris Consonun istefasını qəbul edib.

GununNebzi.az
xəbər verir ki, bu barədə məlumatı “Sky News” telekanalı yayıb.

Məlumata görə, Boris Consonu bu səfərində həyat yoldaşı Kerri Conson müşayiət edib. Onların artıq qəsri tərk etdiyi bildirilir.

Kraliçanın tezliklə Liz Trassı yeni Baş nazir təyin edəcəyi və yeni hökumətin təşkil edilməsini ona həvalə edəcəyi gözlənilir. Bununla da, Trass II Yelizavetanın təyin etdiyi 15-ci Baş nazir olacaq.

Xatırladaq ki, Boris Conson onun iştirakı ilə baş verən qalmaqallar fonunda iyulun 8-i Mühafizəkarlar partiyasının lideri və Baş nazir vəzifəsindən istefa verməyə razı olduğunu bildirib. O, Mühafizəkarlar partiyasına yeni lider və Baş nazir seçilənə qədər səlahiyyətlərini icra edəcəyini açıqlamışdı. Ölkənin xarici işlər naziri Liz Trass sentyabrın 5-i sözügedən partiyanın yeni lideri və ölkənin Baş naziri seçilib.Böyük Britaniya kraliçası II Yelizaveta Balmoral qəsrində ölkənin Baş naziri Boris Consonun istefasını qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sky News” telekanalı yayıb.

Məlumata görə, Boris Consonu bu səfərində həyat yoldaşı Kerri Conson müşayiət edib. Onların artıq qəsri tərk etdiyi bildirilir.

Kraliçanın tezliklə Liz Trassı yeni Baş nazir təyin edəcəyi və yeni hökumətin təşkil edilməsini ona həvalə edəcəyi gözlənilir. Bununla da, Trass II Yelizavetanın təyin etdiyi 15-ci Baş nazir olacaq.

Xatırladaq ki, Boris Conson onun iştirakı ilə baş verən qalmaqallar fonunda iyulun 8-i Mühafizəkarlar partiyasının lideri və Baş nazir vəzifəsindən istefa verməyə razı olduğunu bildirib. O, Mühafizəkarlar partiyasına yeni lider və Baş nazir seçilənə qədər səlahiyyətlərini icra edəcəyini açıqlamışdı. Ölkənin xarici işlər naziri Liz Trass sentyabrın 5-i sözügedən partiyanın yeni lideri və ölkənin Baş naziri seçilib.

Tarix: 6-09-2022, 16:51 Oxunub: 36


Bölməyə aid digər xəbərlər