21:11 / 14-11-2024
Paşinyan yeni imicdə - Video
16:40 / 14-11-2024
Aşıq Namiqə ağır itki
00:03 / 13-11-2024
Ronaldinyo Bakıya gəldi
Liz Trass Baş nazir kimi ilk çıxışını etdi

Liz Trass Baş nazir kimi ilk çıxışını etdi

Xəbər verdiyimiz kimi, sentyabrın 5-də Böyük Britaniyanın xarici işlər naziri Liz Trass hakim Mühafizəkarlar Partiyasının yeni lideri seçilib.

GununNebzi.az-
ın xarici KİV-ə istinadən məlumatına görə, bu gün kraliça II Yelizaveta Boris Consonun istefasını qəbul edib və Trassı Baş nazir təyin edib.

Britaniya hökumətinin yeni rəhbəri vəzifədə ilk çıxışını edərək, Britaniya iqtisadiyyatının inkişafı üçün “cəsarətli planı” olduğunu və onun köməyi ilə ölkənin “fırtınaya tab gətirəcəyinə əmin olduğunu” vurğulayıb.

Trass qeyd edib ki, indi britaniyalılar koronavirus və Ukraynadakı müharibənin yaratdığı çətinliklərlə üzləşiblər. Trass Rusiyanın başlatdığı müharibənin səbəb olduğu enerji böhranının öhdəsindən “praktiki olaraq” çıxacağına söz verib. O, insanların qəbuledilməz enerji ödənişləri ilə üzləşməyəcəyinə əmin olduğunu deyib.

"Fırtına nə qədər güclü olsa da, mən bilirəm ki, Britaniya xalqı daha güclüdür. Bizim böyük istedadımız, enerji ehtiyatlarımız və qətiyyətimiz var. Əminəm ki, biz birlikdə iqtisadiyyatımızı bərpa edə və müasir, parlaq Britaniyaya çevrilə bilərik", - deyə Trass bildirib.

Tarix: 6-09-2022, 22:59 Oxunub: 42


Bölməyə aid digər xəbərlər