Bəzi saytlarda bir ədədi 1900 manata alınan əlil arabasının guya gömrükdən keçərkən 190 manatdan deklarasiya olunduğu barədə yayılan məlumat cəfəngiyyat və dezinformasiyadan başqa bir şey deyil.
GununNebzi.az xəbər verir ki. bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) mətbuat katibi Fazil Talıbov açıqlama verib.
Nazirlik əməkdaşı bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müharibə əlillərinə xüsusi qayğının ifadəsi olaraq bu kateqoriyadan olan şəxslər üçün ilk dəfə olaraq xarici ölkələrdən yüksək texnologiyalı mühərrikli təkərli oturacaqların (motorlu arabaların) alınmasını nəzərdə tutur:
“Bu məqsədlə tender keçirilib və bir neçə gün öncə qalib firma müəyyən edilib. Firma tərəfindən motorlu arabalar hələ bundan sonra ölkəyə idxal ediləcək.
Ona görə də hələ idxal olunmayan, gömrükdən keçməyən və deklarasiya qiyməti də bəyan olunmayan malın guya 190 manata gömrük rəsmiləşdirməsini iddia etmək absurd, savadsız yanaşmadır.
Yayılan məlumatda deklarasiya qiyməti 190 manat qeyd olunan mallar isə əvvəlki dövrlərdə alınmış sadə tipli arabalara aiddir.
ƏTRAFLI
Nescafe_CapuLatte
“Turan” agentliyinin jurnalistinin kortəbii və primitiv hesablamasının haradan qaynaqlandığına gəldikdə isə:
1. 190 rəqəmi rəsmi açıqlanan 10 aylıq statistik hesabatdakı sadə əlil arabalarının orta deklarasiya qiyməti kimi hesablanıb. Halbuki qeyd etdiyim kimi, bu, alınacaq motorlu arabaların qiyməti deyil.
2. Digər tərəfdən, 12-ci ayda, yəni indi alınacaq malların məlumatlarını 10 aylıq hesabata istinadən hesablayıb yaymaq məntiqsizlikdir.
3. Qiyməti 1900 manata (ƏDV də daxil) olan motorlu arabalar yalnız ölkəyə idxal olunduğu zaman onların gömrük deklarasiya qiyməti haqqında danışmaq olar”.
“Vətən müharibəsi qaziləri üçün ilk dəfə olaraq yüksək texnologiyalı mühərrikli təkərli oturacaqların alınması kimi mühüm dövlət sifarişinə yalan və böhtanla kölgə salmaq cəhdlərini qınayırıq”, - deyə Fazil Talıbov bildirib.
Bölməyə aid digər xəbərlər