09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Bələdiyyə sədri şəhid atasını təhqir etdi: “Sənin başın işləmir...” - VİDEO

Bələdiyyə sədri şəhid atasını təhqir etdi: “Sənin başın işləmir...” - VİDEOAzərbaycanda zaman-zaman aydı-ayrı məmurların şəhid ailələrinə, Qarabağ qazilərinə qarşı kobud davranışların, onlara qarşı haqsız münasibətlərin şahidi olmuşuq. Düşünürdük ki, Vətən müharibəsindəki böyük qələbədən sonra bir az da olsa vicdanı olan məmurların bu davranışı dəyişəcək. Onlara qarşı haqsızlıq edənlərin sayında kəskin azalma olacaq, hüquq-mühafizə orqanları belə məmurları vaxtında cəzalandıracaq.

GununNebzi.az xəbər verir ki, video Masallı rayonunda çəkilib. Kənd sakini olan şəhid atası qarşılaşdığı problemlə bağlı bələdiyyə sədrinə müraciət etsə də, çox kobud reaksiya ilə qarşılaşır. O, bələdiyyə sədrinin problemini nəinki həll etdiyini, əlavə problemlər yaratdığını da bildirir. Bələdiyyə sədri şəhid atasını təhqir etməkdən çəkinmir: “Sənin başın işləmir, elə bilirsən ki, heç kimin başı işləmir. Şəhid atasısan deyə, nə gəldi deyəcəksən!”.

Sonra isə bələdiyyə sədri “mənim oğlum sənin oğlundan da betər yerdədir. Karona xəstəxanasında işləyir bütün günü” deyir. Bu təhqirlərdən sonra şəhid atası bələdiyyə sədri ilə mübahisəni kəsir.

Video hazırda Azərbaycanda şəhid ailələrinə qarşı olan ümumi münasibəti təbii ki, əks etdirmir. Amma çox təssüflər olsun ki, uzun illər eyni vəzifə tutan məmurlar özlərini prezident İlham Əliyevin ifadə etdiyi kimi “xan kimi” aparırlar. Hətta belə həssas bir dönəmdə də onlar az da olsa insanlıq nümayiş etdirmir və bununla da xalqı hakimiyyətdən narazı salırlar.

Masallı rayon İcra Hakimiyyətinin, aidiyyatlı dövlət qurumlarının şəhid atasının problemi ilə maraqlanacağını, kobudluq edən bələdiyyə sədrinə lazımı cəza veriləcəyini ümid edirik./"Pravda.az"


Tarix: 3-01-2021, 20:16 Oxunub: 268


Bölməyə aid digər xəbərlər