23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
Bu avtobusların Bakıya gətirilməsinə icazə verilməyəcək

Bu avtobusların Bakıya gətirilməsinə icazə verilməyəcək

Bakı Nəqliyyat Agentliyi son 5 ildə paytaxta sıxılmış təbii qazla işləyən 715 nəqliyyat vasitələri gətirib.

GununNebzi.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyi (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ağacəkmə kampaniyası zamanı deyib.

Onun sözlərinə görə, qanunvericiliyə edilən dəyişikliyə əsasən, Bakı şəhərinə 2022-ci ildən dizellə işləyən ictimai nəqliyyat vasitələri gətirilməyəcək: "2022-ci ildən etibarən Bakı şəhərində istifadə olunacaq ictimai nəqliyyat üçün nəqliyyat vasitələrinin, xüsusilə avtobusların dizel və yaxud benzinlə deyil, məhz sıxılmış təbii qaz və ya alternativ enerji mənbələrindən təmin olunması qanunvericilikdə qeyd edilib. Hazırda 2100 avtobusdan 715-i sıxılmış qazla işləyir".

V.Kərimli bildirib ki, bu il Bakı şəhərinə daha 320 avtobusun gətirilməsi planlaşdırılır: "Bu avtobuslar Bakıətrafı qəsəbələr və digər qəsəbələrdə işləyəcək. Benzin və dizel yanacağı ilə işləyən avtobuslarla müqayisədə sıxılmış qazla işləyən avtobuslarda ətraf mühitə atılan ağır metallar arasında 30-35 faiz fərq var. Bu ümumi rəqəmə vurulanda böyük fərq edir".

BNA İdarə Heyətinin sədri qeyd edib ki, 2016-cu ildə ictimai nəqliyyatda 701 milyon sərnişin səfər etmişdisə, 2019-cu ildə bu rəqəm 801 milyona qalxıb: "Bu da avtobusların dəyişməsi, nəqliyyat infrastrukturuna dövlət tərəfindən qoyulan investisiyalar nəticəsində olub. Bütün bunlar əhalinin ictimai nəqliyyatdan istifadəsini stimullaşdırır. Bakı şəhərində yol infrastukrutunda da son 5 ildə böyük dəyişiklər olub".

Tarix: 21-03-2021, 08:23 Oxunub: 166


Bölməyə aid digər xəbərlər