Hakimliyə namizədlər üçün imtahan keçirilib - FOTO

Hakimliyə namizədlər üçün imtahan keçirilib - FOTO

Ölkə Prezidenti cənab İlham Əliyevin ədalət mühakiməsinin səmərəliliyinin artırılması ilə bağlı tövsiyə və tapşırıqları üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin tam şəffaf şəraitdə və obyektiv meyarlar əsasında seçimi aparılır.

GununNebzi.az xəbər verir ki, Bu barədə Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurası məlumat yayıb.

Bildirilib ki, çoxmərhələli seçim prosesini, o cümlədən Ədliyyə Akademiyasında yarım illik tədris və məhkəmələrdə təcrübəni uğurla başa vurmuş 44 nəfər hazırlıqlı hüquqşünas cari ilin fevral ayında müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin ediliblər. Test və yazılı imtahanlarda uğur qazanmış daha 64 nəfər namizədlə isə hazırda Hakimlərin Seçki Komitəsi tərəfindən şifahi imtahanlar keçirilir.

Həmçinin, hakimliyə namizədlərin seçim prosesi davamlı xarakter alaraq sənədlərini təqdim etmiş 230-dək namizədlə ötən ay test imtahanı keçirilib. Suallar müasir texnologiyalar tətbiq edilməklə, fərdi qaydada, kompüter vasitəsilə cavablandırılıb, hər bir namizədin nəticələri ona dərhal elan olunub. 60 və daha artıq bal toplamış 157 nəfər namizəd növbəti mərhələyə - yazılı imtahana buraxılıb.

Aprel ayının 9-da Dövlət İmtahan Mərkəzində həmin namizədlərlə yazılı imtahan keçirilib.
İmtahandan əvvəl Hakimlərin Seçki Komitəsi həmin binada, qapalı iclasında imtahanda istifadə edilməsi üçün cinayət və mülki sahələr üzrə kazus xarakterli suallar hazırlayıb və onlar dərhal imtahan zalına gətirilib. Namizədlər həmin suallar sırasından, təsadüfi yolla biri cinayət, biri isə mülki sahəyə aid suallar seçiblər.

4 saat davam edən imtahanda hakimliyə namizədlərə həmin sualları cavablandırmaqla, kazusları həll etmək, qoyulmuş məsələlərə düzgün qiymət vermək, qanunun məzmununu dolğun açmaqla onun səlist izahını vermək bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

İmtahan prosesi müşahidəçilər tərəfindən şəffaf prosedur kimi yüksək dəyərləndirilib.
Cavab vərəqələri tam anonimləşdirildikdən sonra ikiqat yoxlama üsulu ilə qiymətləndirilməklə nəticələr elan olunacaqdır.

Eyni zamanda Hakimlərin Seçki Komitəsi bildirir ki, hakimliyə namizədlərin sənədlərinin qəbulu davam edir və hakim olmaq arzusunda olan hüquqşünaslar müsabiqəyə dəvət olunurlar.

Hakimliyə namizədlər üçün imtahan keçirilib - FOTO
Hakimliyə namizədlər üçün imtahan keçirilib - FOTO
Hakimliyə namizədlər üçün imtahan keçirilib - FOTO
Hakimliyə namizədlər üçün imtahan keçirilib - FOTO

Tarix: 9-04-2021, 19:12 Oxunub: 280


Bölməyə aid digər xəbərlər