23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
"Zəfər yolu"nun asfaltlanmasına başlanıldı

"Zəfər yolu"nun asfaltlanmasına başlanıldı
“Zəfər yolu”na cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi və bununla asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilməsi işləri artıq tamamlanıb.

GununNebzi.az
xəbər verir ki, "Zəfər Yolu"nun ilk 6 km-lik hissəsində layihəyə uyğun olaraq yeni yol yatağının inşası, yolun profilə salınması işləri həyata keçirilib və yeni asfalt-beton örtüyünün alt layı çəkilib. Yolun 34-51-ci km-lik hissəsində torpaq işləri, 42-44-cü km-lik hissədə isə torpaq və asfalt-beton işləri başa çatdırılıb.

Eyni zamanda 51-76-cı km-lik hissədə qazma işləri tamamlanıb, yol boyu əks dolğu işləri aparılmaqla kipləşdirmə işləri görülür, bəzi hissələrdə yol əsasının alt layının tikintisinə də başlanılıb və paralel olaraq asfaltlanma işləri icra olunur. Bunun üçün tikinti ərazisinə lazımi sayda qüvvə cəlb edilib.

Tarix: 7-07-2021, 10:10 Oxunub: 123


Bölməyə aid digər xəbərlər