09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Məhkəmə sədrinin kürəkəni həbsdə koronavirusa yoluxdu

Məhkəmə sədrinin kürəkəni həbsdə koronavirusa yoluxdu

Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən əməliyyat zamanı saxlanılan gömrük əməkdaşlarının məhkəməsi keçirilib.

GununNebzi.az
“Qafqazinfo”-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə baş tutan prosesə təqsirləndirilən səkkiz gömrük əməkdaşından ikisi gətirilməyib.

Məlum olub ki, təqsirləndirilən şəxslərdən Orxan Zöhrabov və Emin Xəlilov koronavirusa yoluxublar. Bu səbəbdən onların məhkəmədə iştirakı mümkün olmayıb.

Vəkilləri sözügedən şəxslərin müalicə məqsədilə ev dustaqlığına buraxılmasına dair vəsatət versə də, hakimlər vəsatəti təmin etməyib.

Məhkəmə işi hər iki təqsirləndirilən sağalana qədər təxirə salınıb.

Qeyd edək ki, gömrük inspektoru Orxan Zöhrabov Nəsimi Rayon Məhkəməsinin sədri İlham Cəfərovun kürəkənidir.
Məhkəmə sədrinin kürəkəni həbsdə koronavirusa yoluxdu

Tarix: 5-10-2021, 19:37 Oxunub: 244


Bölməyə aid digər xəbərlər