09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Oğurluqda ittiham edilən 7 nəfər bəraət aldı

Oğurluqda ittiham edilən 7 nəfər bəraət aldı

İmişli Rayon Məhkəməsi oğurluqda təqsirləndirilən 7 nəfərə bəraət hökmü verib.

GununNebzi.az
xəbər verir ki, bu barədə vəkil Vasif İsrafilov məlumat yayıb.

Vəkil bildirib ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin (oğurluq) bəndləri ilə ittiham olunan 7 nəfər - Daxil Bəyişov, İsa Abbasov, Sadiq Ağayev, Fərid Musayev, Elxan Əsədov, Vasif Şükürov və Vasif Nəsirov barəsində hakim Ülvi Qənbərov bəraət hökmü çıxarıb.

Qeyd edək ki, təqsirləndirilən şəxslər İmişli şəhərində yerləşən “Azersun Holding”in nəzdindəki “Qida Aqro” MMC-dən 48 min manatlıq yem oğurluğunda ittiham olunublar.

Məhkəmədə ittiham sübuta yetirilmədiyi üçün həmin şəxslərə bəraət verilib.

Tarix: 26-11-2021, 13:33 Oxunub: 152


Bölməyə aid digər xəbərlər