09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Həbsdə olan icra başçısının cəzası azaldıldı

Həbsdə olan icra başçısının cəzası azaldıldı

Yevlax rayonunun sabiq icra başçısı Qoca Səmədovun cəzası azaldılıb.

GununNebzi.az
xəbər verir ki, Şəki Apellyasiya Məhkəməsində onun şikayətinə baxılıb. Qərara əsasən, sabiq icra başçısının həbs müddəti 6 ilə endirilib.

Qeyd edək ki, Qoca Səmədov Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilmişdi.

O, 2019-cu ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs edilib.

Xatırladaq ki, Qoca Səmədov səhhətindəki problemlərlə əlaqədar ötən ilin sentyabrında həbsdən buraxılmışdı. Ürək əməliyyatı keçirən sabiq icra başçısı daha sonra yenidən həbs edilmiş və ona hökm oxunmuşdu.

Tarix: 12-01-2022, 15:38 Oxunub: 102


Bölməyə aid digər xəbərlər