19:26 / 09-01-2025
Əməliyyat zamanı doğum gününü qeyd edən həkim işdən kənarlaşdırıldı
19:24 / 09-01-2025
Xəzərdə narkopriton təşkil edən 12 nəfər saxlanıldı - FOTO
19:20 / 09-01-2025
“Bu, Ermənistanın “xoş niyyətlərinin” təsdiqi hesab edilə bilməz” - Ayxan Hacızadə
17:49 / 09-01-2025
Bakının məşhur bazarı bu əraziyə köçürülür - VİDEO
17:47 / 09-01-2025
Azərbaycanda regional təhsil idarəsində KÜTLƏVİ İXTİSAR
17:43 / 09-01-2025
İlham Əliyev Kobaxidzeyə başsağlığı verdi
15:46 / 09-01-2025
Rail Abbasov 6 il 6 ay azadlıqdan məhrum edildi
15:43 / 09-01-2025
İlyas İsmayılov reanimasiyaya yerləşdirildi - vəziyyəti ağırdı
14:41 / 09-01-2025
İlqar Mustafayevin həbs müddəti uzadıldı
14:38 / 09-01-2025
Babək Rzayev məhkəmə zalında həbs edildi - Hökm
14:37 / 09-01-2025
Ötən il Dövlət Xidmətinin 249 əməkdaşı
11:50 / 09-01-2025
"Şuşa"nın yerində bu universitet olacaq - FOTO
11:40 / 09-01-2025
Los-Ancelesdə meşə yanğınlarının arealı genişlənib, 100 min nəfərin təxliyəsinə göstəriş verilib - FOTO
11:37 / 09-01-2025
Bakıda məktəbdə valideynlər arasında baş verən insidentlə bağlı ekspertiza aparılır
11:37 / 09-01-2025
Cəbrayılda avtomobil aşıb, ölən və xəsarət alanlar var
10:48 / 09-01-2025
Həkim əməliyyatın ortasında ad günü qeyd etdi, yoxlama başladı - Video
10:47 / 09-01-2025
76 yaşlı kişi özünü pəncərədən atdı
08:09 / 09-01-2025
İlk xarici səfərini Türkiyəyə edəcək
23:32 / 08-01-2025
Ərdoğan İlham Əliyevə zəng etdi
19:35 / 08-01-2025
Novruzun ilk çərşənbəsi bu tarixdə olacaq
19:31 / 08-01-2025
Zaporojeyə hücum olub - Ölən və yaralananlar var
18:58 / 08-01-2025
Vəzifəli şəxsi qəzada öldü - Yenilənib-Foto
18:55 / 08-01-2025
Vilayət Eyvazov sıra baxışı keçirdi - Fotolar+Video
18:53 / 08-01-2025
Rusiya ilə sərhədi qorumaq üçün təlimlər keçirirlər
17:17 / 08-01-2025
Boşanma və aliment məsələləri ilə bağlı - Qaydalar dəyişdi
17:01 / 08-01-2025
Bakıda yeni tikiləcək 10 metro stansiyası bunlar ola bilər
17:00 / 08-01-2025
“Beer Muxtar”da saxta alkoqollu içkilər aşkarlandı - FOTO
16:57 / 08-01-2025
"Artıq veriliş olmayacaq" - VİDEO
16:52 / 08-01-2025
ABŞ nümayəndələri Kiyevə getdi
16:27 / 08-01-2025
Ağadadaş Ağayev balta atdığı mühafizəçi ilə barışdı - Foto
Səhiyyə Nazirliyindən oruc tutanlara tövsiyə
“Ramazan ayında mədəni narahat etməmək və kalori qəbulunu idarə etmək üçün artıq yağ qəbuluna səbəb olacaq qızartma və qovurma kimi xörəklərdən az istifadə edilməsi tövsiyə olunur. Gün ərzində enerjili olmaq üçün qida rasionuna zülalla zəngin olan məhsullara üstünlük verilməlidir”.
GununNebzi.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Günay İsmayılova bildirib.
O qeyd edib ki, həmçinin çox yağlı və tərkibində karbohidrat olan un məmulatlarından az istifadə olunması məsləhət görülür. Yeməklərin temperaturu həddindən artıq isti və ya soyuq olmamalıdır. Çünki uzun müddət boş qalan mədəyə birdən-birə soyuq qidanın daxil olması spazmalara səbəb ola bilər.
Kimlərin oruc tuta bilməməsinə gəlincə isə, G. İsmayılova bildirib ki, oruc tutmaq azyaşlı uşaqlara, hamilə qadınlara və süd verən analara tövsiyə olunmur: “Mədə-bağırsaq traktının xroniki xəstəlikləri, hipertoniya, şəkərli diabet, ürək-damar sistemi xəstəlikləri olan insanlar oruc tutmaq istədikləri təqdirdə müalicə həkimləri ilə məsləhətləşmələri məqsədəuyğundur”.
Həkim, həmçinin əlavə edib ki, bəzi insanlar sahura (oruc üçün səhər yeməyi) qalxmırlar. Lakin sahura qalxmadan oruc tutmaq sağlamlıq üçün çox təhlükəlidir. Çünki səhər yeməyi son dərəcə vacibdir. Sahura qalxmağı vərdiş etmək orucun əsas şərtlərindən biridir. Bu, həm aclıq hissini azaldacaq, həm də maddələr mübadiləsinin sürətini qorumağa kömək edəcək:
“İftarla müqayisədə imsak zamanı daha yüngül və uzun müddət ərzində aclıq hissindən yayındıran qidalardan istifadə etmək tövsiyə olunur. Belə ki, zülalla zəngin süd məhsulları (qatıq, süd, ayran), yumurta, liflə zəngin yaşıl yarpaqlı tərəvəzlər istifadə etmək lazımdır. Uzun müddət aclıq hiss etməmək üçün məsləhət görülür ki, kəpəkli undan hazırlanmış çörəkdən istifadə olunsun. Çünki kəpəkli çörək ağ çörəkdən 4 dəfə gec həzm olunur, bu isə uzun zaman ac qalmağa kömək edir.
İmsak vaxtı liflərlə zəngin olan meyvələrin qəbulu çox əhəmiyyətlidir. Bununla da gündəlik meyvə ehtiyacı ödənmiş olunacaq. Ədviyyatlı və ya həddindən artıq duzlu qidalar susuzlaşdıra, orucu çətinləşdirə biləcəyindən onların qəbulu tövsiyə olunmur”.
Nazirlik rəsmisi əlavə edib ki, mədəni birdən-birə çox yükləmək olmaz. Belə ki, aclıq zamanı maddələr mübadiləsi zəifləyir, çoxlu qida qəbulu isə köp, sancı və qəbizliyə səbəb ola bilir. Bundan başqa, davamlı qida qəbulu ani təzyiq və şəkər yüksəlməsinə səbəb ola bilər:
“Ona görə də iftar hissələrə bölünməlidir. Adətən iftarda oruc su və xurma ilə açılır, daha sonra sulu yeməklərə üstünlük verilir. Sulu yeməkdən sonra bir az fasilə verilməlidir. Bundan sonra ət məhsullarının yerinə zülalla zəngin paxlalılara (mərci, lobya, noxud) üstünlük verilə bilər. Sonda yaşıl çay, nanə, zəncəfil, adaçayı, məkkəgülü, darçın, hil, cirə, mixək kimi bitkiləri tək-tək və ya qarışıq halda dəmləyib içilməsi orqanizm üçün faydalıdır. Oruc tutan şəxslərdə gün ərzində maye və mineral itkisi olur. Bu vəziyyəti kompensasiya etmək üçün iftar və sahur arasında bol maye və minerallarla zəngin olan suya üstünlük verilə bilər. Həmçinin
iftardan 1-2 saat sonra yüngül məşqlər və ya qısa gəzinti məsləhət görülür”.
Bölməyə aid digər xəbərlər

Tarix: 5-04-2022, 14:09 Oxunub: 107
Bölməyə aid digər xəbərlər
4-05-2019, 19:21
Oruc tutanlar necə qidalanmalıdır? - VACİB TÖVSİYƏLƏR
4-05-2021, 14:02
Baş kardioloq: “COVID-19 kəskin miokard infarktına səbəb ola bilər”
28-12-2021, 21:09
Hamilələrə və südverən analara bu vaksin tövsiyə olunur
13-05-2019, 19:32
Oruc tutanda halsız olmamaq üçün bunları edin
4-11-2020, 14:54
Xəstəliyə qarşı davamlı olmaq istəyirsinizsə bunu edin