00:57 / 05-12-2024
Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı
20:42 / 04-12-2024
Bakıda məktəbdə şagirdə kəsici alətlə xəsarət yetirdiyi bildirilən yeniyetmə saxlanıldı
20:37 / 04-12-2024
Metroda nasazlıq yarandı, sərnişinlər qatardan düşürüldü - YENİLƏNİB
20:34 / 04-12-2024
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
20:04 / 04-12-2024
Bakıya leysan yağacaq - Xəbərdarlıq
19:34 / 04-12-2024
İtlər sahibini parçalayaraq öldürdü
19:31 / 04-12-2024
Bu dərmanları satanlar 9 min manatadək cərimələnəcək
19:27 / 04-12-2024
“Abzas Media” işi məhkəmədə
19:26 / 04-12-2024
Rüfət Səfərovla bağlı həbs qərarı verildi - Yenilənib
19:25 / 04-12-2024
“Bizə Azərbaycanla müharibə lazım deyil” - Paşinyan
14:42 / 04-12-2024
Naxçıvanda axund intihar etdi - Foto
14:42 / 04-12-2024
Fərid Əhmədov onu rəis təyin etdi
14:36 / 04-12-2024
Kolleclərdə monitorinq keçirildi, nöqsanlar aşkarlandı
14:35 / 04-12-2024
Qızıl-zinət əşyaları və diş implantı hissələrinin ölkəyə gətirilməsinin qarşısı alındı
13:50 / 04-12-2024
Dəmir yollarında 11 ayda 16 toqquşma - 11 ölü
13:48 / 04-12-2024
Prezident Mövlud Çavuşoğlunu qəbul etdi - Foto
13:45 / 04-12-2024
“Kartdan-karta” işləyən daha 408 sahibkar cəzalandırıldı
11:27 / 04-12-2024
Nazir: Köhnədən qalan bağça modeli çox bahalıdır
11:25 / 04-12-2024
Bakıda rektorun qızını aldadıb qızıllarını aldılar
11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
11:22 / 04-12-2024
4 uşaqlı ailədə faciə - Ata öldürüldü, ana saxlanıldı
09:22 / 04-12-2024
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ
09:19 / 04-12-2024
Onlar Şuşaya qayıdırlar - Foto
22:05 / 03-12-2024
Bakıda “Range Rover”dən 10 min dollara yaxın pul oğurlandı
20:46 / 03-12-2024
Jalə Əhmədova Sahil Babayevin müşaviri oldu
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
10:33 / 03-12-2024
Sumqayıtda yaşayış binasında güclü partlayış - Video - Foto - Yenilənib
00:26 / 03-12-2024
"Var-dövlət, vəzifə, hamısı boş şeydir"
00:21 / 03-12-2024
"Fənərbağça" qələbə QAZANDI
00:20 / 03-12-2024
İsrail Livanı bombalamağa başladı
Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edildi - FOTO
Mayın 9-da Azərbaycanın Baş Prokurorluğunda müasir Azərbaycanın xilaskarı və qurucusu, müstəqil dövlətimizin banisi, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan “Azərbaycan Prokurorluğunun tarixində Heydər Əliyevin rolu” mövzusunda tədbir keçirilib.
GununNebzi.az xəbər verir ki, bu barədə qurumun Mətbuat Xidmətindən məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə Baş Prokurorluğun inzibati binasının foyesində ulu öndərin büstü önünə əklil və gül dəstələri qoyub, əbədiyaşar liderin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev dünya miqyaslı siyasi təfəkkürə, zəngin və qətiyyətli idarəçilik bacarığına, ən çətin vəziyyətlərdə belə tükənməz əzm və qüdrətə malik ümummilli lider Heydər Əliyevin xalqımız qarşısında misilsiz tarixi xidmətlərindən, şərəfli ömür yolundan və məharətli dövlətçilik təcrübəsindən bəhs edib, görkəmli dövlət xadiminin müəyyən etdiyi siyasi kursu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə üçrəngli bayrağımızın ən yüksək zirvələrdə qürurla dalğalanmasını diqqətə çatdırıb.
Baş prokuror qeyd edib ki, Azərbaycan xalqına və millətinə əvəzsiz xidməti həyatının məqsədi və mənası kimi qəbul edən, bu yolda mümkün olan bütün addımları atan Heydər Əliyev siyasi hakimiyyətdə olduğu bütün dövrlərdə müstəqil Azərbaycan dövlətçiliyinin, azərbaycançılıq məfkurəsinin formalaşdırılması və möhkəmləndirilməsi, eləcə də ölkəsinin rifahı uğrunda mübarizə meydanında olmuş və millətinə rəhbərlik edib. Bu yolda çoxsaylı maneələrin yaradılması, dəfələrlə planlaşdırılan terror və sui-qəsd cəhdləri ilə üzləşməsinə baxmayaraq, Heydər Əliyev öz uzaqgörənliliyi, siyasi müdrikliyi, əyilməz iradəsi və qətiyyəti, ən əsası – milli ümumxalq həmrəyliyi nəticəsində müstəqil Azərbaycanı hazırkı və gələcək nəsillər üçün qoruyub saxlamış və müasir inkişaf yoluna çıxarıb.
O bildirilib ki, müstəqil Azərbaycanın mühüm dövlət qurumlarından biri olan prokurorluq orqanlarının beynəlxalq tələblərə və standartlara uyğun formalaşaraq əhəmiyyətli statusunun müəyyən edilməsi və son nəticədə dövlətçiliyin maraqlarına xidmət edən bir təsisat kimi idarəçilik sistemində öz layiqli yerini tutması Heydər Əliyevin müdrik siyasəti, onun mütəmadi qayğı və dəstəyi nəticəsində mümkün olub.
Müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin 17 iyul 1998-ci il tarixli sərəncamı ilə oktyabr ayının 1-nin respublikamızda prokurorluq orqanları əməkdaşlarının peşə bayramı günü elan olunmasının prokurorluq orqanlarının fəaliyyətinə verilən yüksək qiymətin təcəssümü kimi dəyərləndirildiyi, prokurorluğun kollektivinin fəaliyyətinə verilən yüksək diqqət və etimadı səmimi minnətdarlıq duyğuları ilə qarşıladığı, xalqımıza ləyaqətlə xidmət göstərdiyi qeyd edilib.
Xüsusi vurğulanıb ki, Heydər Əliyevin doğma xalqına ən böyük xidməti ölkənin dinamik strateji inkişaf meyarlarını müəyyən etməklə yanaşı özündən sonra həmin konsepsiyanı müstəsna peşəkarlıqla həyata keçirməyə qadir, səmərəli fəaliyyəti nəticəsində ölkəmizi beynəlxalq arenada qabaqcıl dövlət olaraq tanınmasına nail olub, həyata keçirdiyi kompleks islahatlarla respublikamızın daimi tərəqqisini təmin edən, ulu öndərin özü qədər inanıb-güvəndiyi görkəmli və qətiyyətli siyasi lider İlham Əliyev kimi davamçı hazırlaması olub.
Tədbirdə Baş Prokurorluğun Prokurorluqda istintaqa nəzarət idarəsinin rəisi Fazil Həsənəliyev çıxış edərək fenomenal şəxsiyyət, dahi lider Heydər Əliyevin qətiyyətli mübarizəsi nəticəsində Azərbaycanın müstəqilliyini əldə olunmasından sonra ölkədə aparılan hərtərəfli məhkəmə-hüquq islahatları, o cümlədən prokurorluq orqanlarının mahiyyət və struktur baxımından yenidən qurulmasını, yüksək nəzəri biliyə və peşəkarlığa malik kadrlarla komplektləşdirilməsini, fəaliyyətin beynəlxalq standartlara uyğun formalaşdırılmaqla müasir dövlət təsisatına çevrilməsini diqqətə çatdırıb.
Daha sonra ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan prokurorluq orqanları əməkdaşları arasında keçirilmiş şahmat turnirinin qalibləri, həmçinin Həmkarlar İttifaqları Konfederasiyasının ulu öndərin anadan olmasının 99-cu ildönümünə həsr olunan sahə həmkarlar ittifaqı komandaları arasında mini futbol turnirində 2-ci yeri tutan prokurorluq əməkdaşları təltif olunub.
Tədbirin işinə yekun vuran Baş prokuror Kamran Əliyev prokurorluğun kollektivi adından hər bir prokurorluq işçisinin daim Heydər Əliyev ideyalarına sadiq qalaraq onun unudulmaz xatirəsini əziz tutacağına və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında yeni müstəvidə davam etdirilən islahatların həyata keçirilməsində öz xidmətlərini göstərəcəyinə əminliyini bildirib.
Sonda ümummilli liderin xatirəsinə həsr olunan “Qanun naminə-Heydər Əliyev salnaməsi” adlı sənədli film nümayiş etdirilib.
Bölməyə aid digər xəbərlər

Tarix: 9-05-2022, 14:35 Oxunub: 159
Bölməyə aid digər xəbərlər
10-05-2021, 15:21
MEDİA-da Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ilə bağlı videokonfrans keçirilib
10-05-2019, 10:27
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər
12-05-2019, 09:47
Çexiyada ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş beynəlxalq şahmat turniri keçirilib - FOTO
12-12-2021, 10:16
İlham Əliyev, Mehriban Əliyeva və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
8-05-2021, 18:26
Baş Prokurorluqda Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü qeyd edildi - FOTOLAR