09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Göyçay İcra Hakimiyyətinin vəzifəli şəxsləri ev dustaqlığına buraxıldı

Göyçay İcra Hakimiyyətinin vəzifəli şəxsləri ev dustaqlığına buraxıldı

Göyçay rayon İcra Hakimiyyəti başçısının köməkçisi Vahid İsayev və Göyçay şəhər icra nümayəndəsi Rəşad Şükürov barəsindəki həbsqətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.

GununNebzi.az
APA-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsi vəkillərin vəsatətlərini əsaslı hesab edib.

Məhkəmənin qərarı ilə Vahid İsayev və Rəşad Şükürov barəsində həbs qətimkan tədbiri dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən faktı təsdiq ediblər. Bildirilib ki, hazırda iş üzrə istintaq davam etdirilir.

Xatırladaq ki, hər iki vəzifəli şəxs Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilən yoxlama tədbirləri nəticəsində tutulub. Vahid İsayev və Rəşad Şükürov Göyçay Rayon İcra Hakimiyyətindəki qanun pozuntularında təqsirləndirilirlər.

Tarix: 31-05-2022, 15:21 Oxunub: 125


Bölməyə aid digər xəbərlər