09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Yaralıların durumu ilə bağlı TƏBİB-dən açıqlama - Birinin vəziyyəti ağırdır

Yaralıların durumu ilə bağlı TƏBİB-dən açıqlama - Birinin vəziyyəti ağırdır

Bakı-Şamaxı yolunda paytaxtın 279 saylı tam orta məktəbin müəllim və şagird heyətinin düşdüyü qəza nəticəsində xəsarət alan 11 nəfər Şamaxı Mərkəzi Xəstəxanasına daxil olub.

GununNebzi.az
xəbər verir ki, Bunu Manset.az-ın sorğusuna cavab olaraq, TƏBİB-in İctimaiyyətlə əlaqələr və tədbirlər şöbəsinin müdiri Zamirə Ədilova deyib.

Onun sözlərinə görə, 10 nəfərə ilkin təcili tibb yardım göstərilərək, ambulator müalicə üçün buraxılıb. Vəziyyəti ağır olan 1 nəfər bud-çanaq oynağının sınığı diaqnozu ilə Bakıya göndərilib.

2 nəfər orta ağır vəziyyətdə Qobustan Mərkəzi Xəstəxanasına daxil olub, oradan isə Bakıya göndərilib. Onlardan birinə bazı sümüyü cisminin sınığı, digərinə bud sümüyünün dəqiqləşdirilməmiş sınığı diaqnozu qoyulub.

Tarix: 13-06-2022, 08:30 Oxunub: 81


Bölməyə aid digər xəbərlər