23:06 / 20-11-2024
Hərbi qulluqçumuz vəfat etdi
“Mən onlara atam kimi baxmışam”

“Mən onlara atam kimi baxmışam”

“Mənə heç kim pul ödəməyib, zavodu tək almışam. “Baku Steel”dəki bütün payı almaq məsələsi ilə əlaqədar İsrailin Baş naziri ilə gedib görüşmüşdüm. Onun əvvəlki sahibləri “Balaxanı Oil” ilə bağlı olaraq Dövlət Neft Şirkətinin prezidenti (hazırda iqtisadiyyat nazirinin müavini) Rövnəq Abdullayevlə görüşüb, detalları razılaşdırmışdılar".

GununNebzi.az
Qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla həbs edilmiş “Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədov bu gün keçirilən məhkəmə prosesi zamanı deyib.

Onun sözlərinə görə, həmin məbləğ 450 milyona qədər qalxıb: "Sonradan razılaşmanın baş tutmaması müəyyən narahatlıq yaratdı. 2014-ci ildə zavodun fəaliyyəti dayandırılmışdı. Mənə deyirlər ki, zavodu talan eləmisən, əksinə mən oranı düzəltmişəm. Kassadan pul götürməmişəm. Ümumiyyətlə, "Baku Steel Company" şirkətinin kassası olmayıb. “Baku Steel Company”nin dirçəlməsi üçün 100 milyondan artıq pul xərclədim, ondan sonra işlətməyə başladım. Mən yediyim qaba, oturduğum stola tüpürməmişəm. Deyirlər ki, “xəyanət eləyib”. Kimə xəyanət eləmişəm? Mən Ramiz Mehdiyevə, Bəylər Əyyubova atam kimi baxmışam. Əvəz Zeynallı deyir türmədə mənə şərait yaradıblar. Hansı şərait? Mən iki ildir ana-atamı görmürəm".

Prokurorun “Nəyə görə pis vəziyyətdə olan zavodu almaq qərarına gəldiz?" sualına təqsirləndirilən şəxs "oranın potensialına bələd idim" deyə cavab verib.

Məhkəmə sentyabrın 16-da davam etdiriləcək.

Tarix: 12-09-2022, 16:53 Oxunub: 32


Bölməyə aid digər xəbərlər
28-01-2021, 21:07 Rasim Məmmədov həbs edildi