11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
68 Vətən müharibəsi iştirakçısı polis orqanlarında işə qəbul olundu - Fotolar

68 Vətən müharibəsi iştirakçısı polis orqanlarında işə qəbul olundu - Fotolar

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sentyabrın 22-də Gəncə Şəhər Baş Polis İdarəsində növbəti qəbul keçirib.

GununNebzi.az
xəbər verir ki, Şəhər Baş Polis İdarəsinin inzibati binasında Gəncə, Göygöl, Samux, Kəlbəcər, Daşkəsən, Ağstafa, Tovuz, Gədəbəy, Qazax və Şəmkir şəhər və rayonlarından qəbula gələn vətəndaşların müraciətlərini dinləyən nazir onların problemlərinin həlli üçün Nazirliyin aidiyyəti baş idarə və idarə rəislərinə tapşırıqlar verib.

Müraciətlərin əksəriyyəti yerindəcə həllini tapıb. Daha sonra general-polkovnik V.Eyvazov bölgə üzrə polis orqanlarında sıravi və kiçik rəis heyətinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

Sıra baxışında ətraf rayonlarda yaşayan, polis orqanlarında xidmət etmək arzusunda olan gənclər iştirak edib. Xidmətə qəbulun şərtlərinə uyğun gələn 394 nəfər seçim turunun növbəti mərhələsinə buraxılıb ki, onlardan da 68-i Vətən müharibəsi iştirakçısı, 2-si isə şəhid ailələrinin üzvləri olublar.
68 Vətən müharibəsi iştirakçısı polis orqanlarında işə qəbul olundu - Fotolar
68 Vətən müharibəsi iştirakçısı polis orqanlarında işə qəbul olundu - Fotolar
68 Vətən müharibəsi iştirakçısı polis orqanlarında işə qəbul olundu - Fotolar
68 Vətən müharibəsi iştirakçısı polis orqanlarında işə qəbul olundu - Fotolar

Tarix: 22-09-2022, 19:51 Oxunub: 26


Bölməyə aid digər xəbərlər