09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
“Məni aldadıb 600 min dollar alıblar” - Tanınmış şirkətin sahibi

“Məni aldadıb 600 min dollar alıblar” - Tanınmış şirkətin sahibi

Sumqayıt şəhərində fəaliyyət göstərən “AzMET” QSC-nin səhmdarı Seymur Bəhrəmli dələduzluqla üzləşdiyini bildirib.

GununNebzi.az-
ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edən iş adamı rəhbərlik etdiyi QSC-nin fəaliyyəti üçün icarəyə götürdüyü ərazinin mülkiyyətçilərinin onu aldadaraq xüsusilə külli miqdarda vəsaitini və böyük miqdarda metal qırıntılarını ələ keçirdiyini bildirib. O iddia edib ki, 2020-ci ilin 30 noyabrından bu ilin sentyabr ayınadək Çingiz Davudov və Mirhafiz Seyidov tərəfindən aldadılaraq 600 min dollar vəsaiti və metal qırıntıları mənimsənilib.

Seymur Bəhrəmlinin müraciəti ilə bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, bu ilin may ayında QSC-yə məxsus zavodda partlayış zamanı bir nəfər ölüb. Bundan başqa şirkət Sumqayıtda havanın çirkıləndirilməsi ilə bağlı tez-tez gündəmə gəlib.

Tarix: 11-10-2022, 10:51 Oxunub: 9


Bölməyə aid digər xəbərlər