Təhsil TV-yə platforma yayımçısı lisenziyası verildi

Təhsil TV-yə platforma yayımçısı lisenziyası verildi

Audiovizual Şuranın növbəti iclasında platforma yayımçısı lisenziyasının alınması məqsədilə “Təhsil TV” MMC tərəfindən Şuraya daxil olmuş müraciətə baxılıb.

GununNebzi.az
xəbər verir ki, həmin televiziyaya lisenziyanın verilməsi təmin olunub.

Bildirilib ki, müzakirələrdən sonra “Təhsil TV” MMC-yə (televiziya redaksiyasının adı: “Təhsil TV”) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyasının verilməsi barədə qərar qəbul edilib.

İclasda, həmçinin ümumölkə yerüstü radio yayımçısı olan “NHR” MMC-nin “Yurd FM” radio redaksiyasının proqramlarının yayım zonasının genişləndirilməsi məqsədilə Daşkəsən rayonu ərazisində yerləşən “Daşkəsən” RTYS-dan 96,9 MHs, Lerik rayonu ərazisində yerləşən “Lerik” RTYS-dan 94,7 MHs, Astara rayonu ərazisində yerləşən “Astara” RTYS-dan 97,5 MHs radiotezliklərinin “NHR” MMC-nin istifadəsinə verilməsi barədə qərar qəbul olunub.

Tarix: 20-12-2022, 20:02 Oxunub: 31


Bölməyə aid digər xəbərlər
7-07-2022, 20:39 Üç yeni radio açılacaq
24-05-2021, 16:17 Lider TV bağlandı - RƏSMİ