20:42 / 04-12-2024
Bakıda məktəbdə şagirdə kəsici alətlə xəsarət yetirdiyi bildirilən yeniyetmə saxlanıldı
20:37 / 04-12-2024
Metroda nasazlıq yarandı, sərnişinlər qatardan düşürüldü - YENİLƏNİB
20:34 / 04-12-2024
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
20:04 / 04-12-2024
Bakıya leysan yağacaq - Xəbərdarlıq
19:34 / 04-12-2024
İtlər sahibini parçalayaraq öldürdü
19:31 / 04-12-2024
Bu dərmanları satanlar 9 min manatadək cərimələnəcək
19:27 / 04-12-2024
“Abzas Media” işi məhkəmədə
19:26 / 04-12-2024
Rüfət Səfərovla bağlı həbs qərarı verildi - Yenilənib
19:25 / 04-12-2024
“Bizə Azərbaycanla müharibə lazım deyil” - Paşinyan
14:42 / 04-12-2024
Naxçıvanda axund intihar etdi - Foto
14:42 / 04-12-2024
Fərid Əhmədov onu rəis təyin etdi
14:36 / 04-12-2024
Kolleclərdə monitorinq keçirildi, nöqsanlar aşkarlandı
14:35 / 04-12-2024
Qızıl-zinət əşyaları və diş implantı hissələrinin ölkəyə gətirilməsinin qarşısı alındı
13:50 / 04-12-2024
Dəmir yollarında 11 ayda 16 toqquşma - 11 ölü
13:48 / 04-12-2024
Prezident Mövlud Çavuşoğlunu qəbul etdi - Foto
13:45 / 04-12-2024
“Kartdan-karta” işləyən daha 408 sahibkar cəzalandırıldı
11:27 / 04-12-2024
Nazir: Köhnədən qalan bağça modeli çox bahalıdır
11:25 / 04-12-2024
Bakıda rektorun qızını aldadıb qızıllarını aldılar
11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
11:22 / 04-12-2024
4 uşaqlı ailədə faciə - Ata öldürüldü, ana saxlanıldı
09:22 / 04-12-2024
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ
09:19 / 04-12-2024
Onlar Şuşaya qayıdırlar - Foto
22:05 / 03-12-2024
Bakıda “Range Rover”dən 10 min dollara yaxın pul oğurlandı
20:46 / 03-12-2024
Jalə Əhmədova Sahil Babayevin müşaviri oldu
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
10:33 / 03-12-2024
Sumqayıtda yaşayış binasında güclü partlayış - Video - Foto - Yenilənib
00:26 / 03-12-2024
"Var-dövlət, vəzifə, hamısı boş şeydir"
00:21 / 03-12-2024
"Fənərbağça" qələbə QAZANDI
00:20 / 03-12-2024
İsrail Livanı bombalamağa başladı
23:18 / 02-12-2024
Ukraynaya 725 milyon dəyərində silah göndərəcəklər
Sağlamlıq haqqında arayış niyə ödənişlidir? - Rəsmi cavab
Ötən gün Milli Məclisin Səhiyyə komitəsinin iclasında deputat Məlahət İbrahimqızının söylədiyi fikirlər müzakirələrə səbəb olub.
GununNebzi.az xəbər verir ki, deputat iclasda sağlamlıq arayışının rüsumunun qiyməti ilə bağlı danışıb. O, tibbi arayışların baha olduğunu bildirib:
“Ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə bağlı uğurlu addımlar atılır. Bu gün tibb işçiləri də, seçicilər də zərfə daxil olmayan pullu xidmətlərlə bağlı şikayətlər edirlər. Məsələn, sağlamlıq arayışının rüsumu 41 manatdır. Bu, kasıb ailə üçün bir kisə un deməkdir. Tarif Şurasında həkim olub-olmadığını bilmirəm. Amma bu məsələyə komitədə baxaq”.
Məsələ ilə bağlı TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərin göstərilməsi tibbi göstərişlərə görə həyata keçirilir:
"Prezidentin 13 may 2022-ci il tarixli Fərmanının icrasını təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki dövlət tibb müəssisələri tərəfindən əhaliyə icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil olmayan ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin, sığortaolunmayan şəxslərə göstərilən tibbi xidmətlərin siyahısı və tarifləri təsdiq edilib. Qeyd edək ki, sözügedən sənəd TƏBİB-in Müşahidə Şurasının 2 nömrəli Protokolu ilə təsdiqlənib.
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan bütün tibbi xidmətlərin göstərilməsi tibbi göstərişlərə görə həyata keçirilir. Tibbi göstəriş hər hansı bir xidmətin alınması üçün zərurət yarandığı haldır. Yəni vətəndaşın sağlamlıqla bağlı şikayətləri varsa, həmin şikayətlərlə tibb müəssisəsinə yaxınlaşarsa, bu, tibbi göstəriş halı sayılır. Bu zaman göstərilən bütün xidmətlər İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qarşılanır. Amma tibbi göstərişi yoxdursa, bu zaman bu xidmətlər İcbari tibbi sığorta təminatı altında ödənilmir. Arayış alınması da tibbi göstəriş əsasında deyil, profilaktik müayinə olduğu üçün icbari tibbi sığorta təminatına daxil deyil. Lakin sosial bir layihə olaraq bəzi arayışlar icbari tibbi sığortanın təminatına alınıb.
Bunlar 18 yaşa qədər uşaqların bütün növ arayışlarına aiddir: Məktəbə, məktəbəqədər müəssisələrə təqdim etmək üçün bütün sağlamlıq arayışları, hətta ali təhsil müəssisənə təqdim etmək üçün olan arayışlar da ödənişsizdir. Həqiqi hərbi xidmətə çağırılanların müayinəsi də icbari tibbi sığorta ilə qarşılanır.
Ödənişli arayışlar isə tibbi göstərişlər olmadan müayinə edilib, arayış alan şəxslərə aiddir. Məsələn, sürücülük vəsiqəsi almaq üçün, işə qəbul zamanı tələb olunan, peşə xəstəliyini müəyyən etmək üçün tibbi müayinələrdən keçmək ödənişli arayışlardır.
Hər bir arayışın təsviri Səhiyyə Nazirliyinin qərarları ilə tənzimlənir. Hansı ixtisaslı həkimin müayinəsindən, hansı instrumental-laborator müayinələrdən keçmək lazımdırsa, onların hamısı olarsa, bu zaman məbləğ daha yüksək olur".
Rəsmi məlumata görə, məqsəd vətəndaş müraciət etdikdə onun sağlamlığını müəyyən etmək, bütün profilaktik müayinələri həyata keçirməkdir:
"Ola bilsin ki, həmin müayinələrin nəticəsində hansısa xəstəlik də aşkarlana bilər. Arayışların verilməsi ilə bağlı gələcəkdə hansı əhali kateqoriyası üçün güzəştlərin olması da hazırda müzakirə olunur. Amma indiki halda yalnız yuxarıda söylənilən şəxslər sağlamlıq haqqında arayış alarkən ödənişdən azad olunurlar. Digər şəxslər üçün isə bu xidmət ödənişlidir. Arayışların forması və hansı ixtisaslı həkimlərin müayinəsinin və hansı instrumental-laborator müayinələrin tələb olunması isə Səhiyyə Nazirliyinin qərarları ilə tənzimlənir. Sağlamlıq haqqında “Forma-86” arayışı təqdim olunur.
Sağlamlıq haqqında arayışlara terapevt, cərrah, nevropatoloq, oftalmoloq, otolarinqoloq, dermatoveneroloq, stomatoloqun ixtisaslı həkim müayinəsi, flüoroqrafiya, qanın ümumi analizi, sidiyin ümumi analizi daxildir. Arayışlar 1 ay müddətində etibarlıdır. Eyni zamanda arayışların elektron formada təqdim edilməsi də müzakirə mövzusudur. Tariflər tibbi xidmətlərin maya dəyəri, əhalinin tələbatı, dünya təcrübəsi, həkim müayinələri, instrumental-laborator müayinələrin həcmi nəzərə alınaraq müəyyən edilib".
Bölməyə aid digər xəbərlər

Tarix: 26-01-2023, 18:09 Oxunub: 34
Bölməyə aid digər xəbərlər
6-10-2022, 16:19
TƏBİB-in xəstəxanalarında bu xidmətlər ödənişlidir
13-09-2021, 16:22
Ödənişli tibbi xidmətlərin tarifləri təsdiq ediləcək
7-10-2021, 14:03
İcbari tibbi sığorta xidməti göstərəcək özəl klinikalar - SİYAHI
14-07-2021, 19:32
İcbari tibbi sığorta çərçivəsində özəl tibb müəssisələrində müayinə və müalicə proseduru müəyyənləşib