11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
AMB vəzifəli şəxsi 6200 manat cərimələdi

AMB vəzifəli şəxsi 6200 manat cərimələdi

PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-nin vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb olunub.

GununNebzi.az xəbər verir ki,Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.

“Azərbaycan Mərkəzi Bankı tərəfindən aparılan cari nəzarət prosesləri çərçivəsində “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-də (Şirkət) “Qiymətli kağızlar bazarı haqqında Qanun”un 33.1-ci, “İnvestisiya şirkətləri tərəfindən investisiya xidmətlərinin (əməliyyatlarının) həyata keçirilməsi Qaydası”nın 3.4-cü, 3.5-ci, 14.3-cü, 3.11-ci, 12.1-ci, 19.3.4-cü, 19.3.8-ci, 19.3.9-cu, 19.4.9-cu, 5.3-cü və 5.5-ci bəndlərinin, “Marja ticarəti Qaydası”nın 3.6-cı, 6.5-ci və 8.2-ci bəndlərinin tələblərinin pozulması səbəbilə onun vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 414-cü və 416.0.1-ci maddələrinə müvafiq olaraq ümumilikdə 6 200 manat məbləğində cərimə edilib.

Eyni zamanda, sözügedən nöqsan və çatışmazlıqların Şirkətin kapital adekvatlığına və maliyyə dayanıqlığına təsir etmədiyi müəyyənləşdirilib”, - rəsmi qurum bəyan edib.


Tarix: 28-08-2023, 10:28 Oxunub: 6


Bölməyə aid digər xəbərlər
18-01-2023, 15:37 Mərkəzi Bankda yeni təyinat