00:57 / 05-12-2024
Nail Kəmərlinin evindən oğurluğa cəhd edən şəxs saxlanıldı
20:42 / 04-12-2024
Bakıda məktəbdə şagirdə kəsici alətlə xəsarət yetirdiyi bildirilən yeniyetmə saxlanıldı
20:37 / 04-12-2024
Metroda nasazlıq yarandı, sərnişinlər qatardan düşürüldü - YENİLƏNİB
20:34 / 04-12-2024
ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirdi
20:04 / 04-12-2024
Bakıya leysan yağacaq - Xəbərdarlıq
19:34 / 04-12-2024
İtlər sahibini parçalayaraq öldürdü
19:31 / 04-12-2024
Bu dərmanları satanlar 9 min manatadək cərimələnəcək
19:27 / 04-12-2024
“Abzas Media” işi məhkəmədə
19:26 / 04-12-2024
Rüfət Səfərovla bağlı həbs qərarı verildi - Yenilənib
19:25 / 04-12-2024
“Bizə Azərbaycanla müharibə lazım deyil” - Paşinyan
14:42 / 04-12-2024
Naxçıvanda axund intihar etdi - Foto
14:42 / 04-12-2024
Fərid Əhmədov onu rəis təyin etdi
14:36 / 04-12-2024
Kolleclərdə monitorinq keçirildi, nöqsanlar aşkarlandı
14:35 / 04-12-2024
Qızıl-zinət əşyaları və diş implantı hissələrinin ölkəyə gətirilməsinin qarşısı alındı
13:50 / 04-12-2024
Dəmir yollarında 11 ayda 16 toqquşma - 11 ölü
13:48 / 04-12-2024
Prezident Mövlud Çavuşoğlunu qəbul etdi - Foto
13:45 / 04-12-2024
“Kartdan-karta” işləyən daha 408 sahibkar cəzalandırıldı
11:27 / 04-12-2024
Nazir: Köhnədən qalan bağça modeli çox bahalıdır
11:25 / 04-12-2024
Bakıda rektorun qızını aldadıb qızıllarını aldılar
11:23 / 04-12-2024
Ceyhun Bayramov Maltaya getdi
11:22 / 04-12-2024
4 uşaqlı ailədə faciə - Ata öldürüldü, ana saxlanıldı
09:22 / 04-12-2024
Ağadadaş Ağayevdən balta atdığı qadına PUL TƏKLİFİ
09:19 / 04-12-2024
Onlar Şuşaya qayıdırlar - Foto
22:05 / 03-12-2024
Bakıda “Range Rover”dən 10 min dollara yaxın pul oğurlandı
20:46 / 03-12-2024
Jalə Əhmədova Sahil Babayevin müşaviri oldu
20:44 / 03-12-2024
Rüfət Səfərov saxlanıldı
10:35 / 03-12-2024
Xəyyam Əhmədli vəfat etdi
10:33 / 03-12-2024
Sumqayıtda yaşayış binasında güclü partlayış - Video - Foto - Yenilənib
00:26 / 03-12-2024
"Var-dövlət, vəzifə, hamısı boş şeydir"
00:21 / 03-12-2024
"Fənərbağça" qələbə QAZANDI
00:20 / 03-12-2024
İsrail Livanı bombalamağa başladı
Kamran Əliyev çinli həmkarı ilə görüşdü - Foto
Xəbər verdiyimiz kimi Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Pekində işgüzar səfərdədir.
GununNebzi.az xəbər verir ki, bu gün Çin Xalq Respublikasının Baş prokuroru Yinq Yonq ilə ikitərəfli görüş keçirilib.
Nümayəndə heyətini səmimi salamlayan Yinq Azərbaycan və Çinin dost dövlətlər olduğunu bildirərək bir çox sahəni əhatə edən uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayıb. Yinq Yonq ötən ilin sentyabr ayında Səmərqənddə dövlət başçılarının görüşünü xatırladaraq, bu dialoqun ölkələrimizin müxtəlif dövlət qurumları, o cümlədən prokurorluqlarımız arasında əlaqələrin inkişafına yeni təkan verdiyini bildirib. Bu ilin mart ayında isə Baş prokuror vəzifəsinə təyin olunması ilə əlaqədar təbrik məktubuna görə azərbaycanlı həmkarına təşəkkürünü ifadə edib.
Kamran Əliyev qonaqpərvərliyə görə minnətdarlığını bildirərək ölkələrimiz arasında əsrlər boyu mövcud olan ikitərəfli əlaqələrin tarixindən danışıb. Müstəqilliyin ilk illərində Ulu öndər Heydər Əliyevin, müasir zamanımızda isə Prezident cənab İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri cənab Si Cinpinin uzaqgörən siyasətləri nəticəsində iki ölkə arasında olan münasibətlərin yüksələn xətlə və uğurla inkişaf etdiyi vurğulanıb.
Baş prokuror Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan torpaqlarının 30 illik işğalına son qoyulduğunu, bir ay öncə isə Azərbaycan Ordusu tərəfindən aparılmış lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam şəkildə bərpa olunduğu barədə həmkarını məlumatlandırıb.
Ölkə rəhbərliyinin diqqət və qayğısı ilə işğaldan azad olunmuş ərazilərdə geniş quruculuq bərpa işlərinin aparıldığı bildirilərək, bu proseslərdə Çin şirkətlərinin rolu xüsusi vurğulanıb.
Daha sonra tərəflər prokurorluqlarımız arasında hüquqi və institusional əməkdaşlığın ikitərəfli və beynəlxalq platformalar çərçivəsində genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. Cinayətkarlığa qarşı mübarizə, vətəndaşların hüquqlarının qorunması, qarşılıqlı peşəkar səfərlər və təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlıq haqqında memorandumun imzalanması barədə razılığa gəlinib.
Yinq Yonq həmkarını növbəti ilin aprel ayında Makauda keçiriləcək Beynəlxalq Prokurorlar Assosiasiyasının İcraiyyə Komitəsinin iclasına, Kamran Əliyev isə həmkarını 2024-cü ilin sentyabr ayında ölkəmizdə keçiriləcək ümumdünya prokurorlarının illik konfransına işgüzar səfərə dəvət edib. Həmçinin, cinayətkarlıqla mübarizə sahəsində tərəfləri maraqlandıran bir sıra digər məsələlər müzakirə olunub.
Görüşdə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov da iştirak edib.
Bölməyə aid digər xəbərlər

Tarix: 19-10-2023, 13:28 Oxunub: 17
Bölməyə aid digər xəbərlər
14-07-2022, 19:07
Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşdü - Fotolar
25-01-2023, 15:32
Kamran Əliyev Münhenin Baş prokuroru ilə görüşdü
12-01-2022, 17:53
Putin Kamran Əliyevin də olduğu nümayəndə heyətini qəbul edib - Foto
31-05-2021, 11:29
Kamran Əliyev Türkiyənin Ali Məhkəməsinin Baş Prokuroru ilə görüşdü
22-02-2023, 16:12
Baş prokuror Latviyada səfərdə olub