09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Bakıda dönərdən zəhərlənən 21 məktəblidən biri evə buraxılıb, digərlərinin halı stabildir

Bakıda dönərdən zəhərlənən 21 məktəblidən biri evə buraxılıb, digərlərinin halı stabildir

Oktyabrın 24-də müxtəlif vaxtlarda Binə qəsəbəsində uşaqların zəhərlənməsi səbəbilə TƏBİB-in tabeliyindəki Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə qəsəbədəki 88, 117, 121 və 149 nömrəli tam orta məktəblərdən, eləcə də müxtəlif yaşayış ünvanlarından çağırışlar daxil olub.

TƏBİB-dən verilən məlumata görə, Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 21 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1 uşaq ailəsinin iltizamnaməsi ilə ambulator müalicə üçün artıq evə buraxılıb.

Hazırda hər birinin vəziyyəti stabildir.

Xatırladaq ki, bir qrup şagird dərsə gələrkən və məktəbdən evə gedərkən Binə qəsəbəsi ərazisində fəaliyyət göstərən iaşə xidməti məkanlarından birindən dönər alıb yeyiblər.

Tarix: 25-10-2023, 10:05 Oxunub: 7


Bölməyə aid digər xəbərlər