09:47 / 19-11-2024
Deputata AĞIR İTKİ
Güclü külək 3 nəfəri xəstəxanalıq etdi - Birinin vəziyyəti ağırdır

Güclü külək 3 nəfəri xəstəxanalıq etdi - Birinin vəziyyəti ağırdırGüclü küləkli hava şəraiti ilə əlaqədar Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 3 çağırış daxil olub.

Bu barədə TƏBİB-dən bildirilib.

Təcili tibbi yardım briqadaları dərhal hadisə yerlərinə cəlb ediliblər. Xəsarət alan 3 nəfər müvafiq tibb müəssisələrinə təxliyə olunublar.

Sabunçu Tibb Mərkəzinə təxliyə olunan 1974-cü il təvəllüdlü şəxs (qadın cinsli) zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb. 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs əməliyyata alınıb. Hazırda vəziyyəti ağır qiymətləndirilir.

Xəsarət alan 1967-ci il təvəllüdlü şəxs (kişi cinsli) isə istəyilə özəl tibb müəssisəsinə təxliyə olunub.


Tarix: 28-12-2023, 12:57 Oxunub: 2


Bölməyə aid digər xəbərlər